Icma.az
close
up
RU
Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis avtomobil qəzasında öldü FOTOLAR

Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis avtomobil qəzasında öldü FOTOLAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.

Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.

O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən “TVM İnşaat” MMC-də sahə rəisi – mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında “Kia Sorento” markalı şəxsi avtomobili ilə iş yerinə – Kəlbəcərə yola düşüb.

Onun ölümünə səbəb olan qəza rayonun Qılınc kəndində baş verib. A.Zeynalovun idarə etdiyi avtomobil “Cengiz İnşaat” şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 1989-cu il təvəllüdlü Röyal Məmmədovun sükanı arxasında olduğu “Howo” markalı betonqarışdıran maşınla toqquşub. Nəticədə A.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

O, öz vəsiyyətinə uyğun olaraq, aprelin 24-də Laçının Zağaltı kəndində dəfn olunub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər onun əziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəvi şəkildə – güllə yarasından dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Aprel 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see142

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see131

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see129

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see128

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see127

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see126

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see125

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see124

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see117

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see116

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri