Icma.az
close
up
RU
Turistlər üçün ən əlverişli bölgələr qiymətlər necədir? ARAŞDIRMA

Turistlər üçün ən əlverişli bölgələr qiymətlər necədir? ARAŞDIRMA

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir. Ölkəmizin həm təbii gözəllikləri, həm də müasir turizm infrastrukturunun genişlənməsi yerli və xarici turistlərin marağını artırır. Xüsusilə şimal və şimal-qərb bölgələri – Quba, Qusar, Qəbələ, Şəki – əcnəbi turistlərin ən çox üz tutduğu istiqamətlərdən hesab olunur. Bu ərazilərin Böyük Qafqaz dağlarının ətəyində yerləşməsi, füsunkar təbiəti və zəngin mədəni irsi turistlər üçün əsas cazibə mənbəyidir.

Bölgələr üzrə qiymətlər və imkanlar

Ucuz qiymət axtaranlar adətən 2-3 ulduzlu otellərə üz tutur. Qiymət aralığı isə otelin yerləşdiyi bölgəyə və təqdim etdiyi xidmət səviyyəsinə görə dəyişir.

Bakı – paytaxt şəhər
Turistlərin ən çox müraciət etdiyi ünvan Bakıdır. Burada qiymətlər belədir: 4-5 ulduzlu otellərdə bir gecəlik qonaqlama 120–300 manat aralığında dəyişir. Fərdi kirayə verilən günlük evlərin qiyməti isə daha çevikdir: bağ evləri əsasən 130–200 manat arası, mərkəzə yaxın mənzillər isə 50–180 manat arasında olur.

Qəbələ – bahalı istirahət mərkəzi
Qəbələ Azərbaycanda istirahət üçün ən bahalı məkanlardan hesab olunur. Bir nəfər üçün bir gecəlik oteldə qalmaq 200–250 manat arası dəyişir. Fərdi şəkildə kirayə verilən evlərin bir günlük qiyməti isə 150 manatdan başlayır.

Şəki – tarixi və mədəniyyətin ünvanı
Şəki də turistlər üçün cəlbedici bölgələrdən biridir. Qiymətlər Qəbələdən çox da fərqlənmir. Mərkəzə yaxın ərazilərdə qiymətlər daha da yüksəlir. Fərdi evlər mövsüm zamanı 250–300 manat arası dəyişir, otellərdə isə bir gecəlik qonaqlama 55–150 manat arasında olur.

Mövzu ilə bağlı turizm eksperti Cəfər Qarayev fikirlərində bildirib ki,hər büdcəyə uyğun məkanlar mövcuddur: "İstəyənlər 5 ulduzlu mehmanxanalarda – daha bahalı və yüksək xidmət göstərilən yerlərdə qalır. Orta büdcəli turistlər isə 4 ulduzlu otellərə üz tuturlar. Məncə, əcnəbi turistlər 3 və daha aşağı ulduzlu otellərə getmirlər. Şimal zonasına gələnlərin ziyarət etdikləri əsas məkanlardan biri “Şahdağ Qış-Yay Turizm Kompleksi”dir. Bu kompleks bölgənin birmənalı şəkildə turizm istiqaməti kimi tanınmasına böyük töhfə verir. Şimal zonasına üz tutan turistlər, demək olar ki, ən az bir günlərini burada keçirirlər.

Qəbələdə Beynəlxalq Hava Limanının olması birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə, “Tufandağ Qış-Yay Turizm Kompleksi” də turistlərin çoxalmasına səbəb olur. Uşaq əyləncə mərkəzləri, atıcılıq məkanları, attraksionlar, kanat yolları, “Nohur göl”, “Yeddi Gözəl” şəlaləsi və digər məkanlar da turistlərin marağını cəlb edən əsas nüanslardandır.

Ümumiyyətlə, xarici turistlər demək olar ki, şəxsi evlərdə qalmırlar. Çox az faiz bu variantı seçir. Adətən otellərdə yer olmadıqda şəxsi villalara və son zamanlar məşhurlaşan A-frame tipli evlərə üz tuturlar. Amma bu evlərdə mehmanxana xidmətləri olmadığı üçün müəyyən narazılıqlar yaranır (təmizlik xidməti, səhər yeməyi və s.). Deyərdim ki, mehmanxanaların sayında çatışmazlıq var. Turistləri qəbul edəcək mehmanxana sayı o qədər də çox deyil. Əsasən Quba və Şahdağ bölgəsində 4-5 ulduzlu otellərə ehtiyac hiss olunur. Regionda 5 ulduzlu mehmanxanaların qiyməti 100–200 dollar arasında dəyişirsə, bu, xarici turistlər üçün əlçatandır. Üstəlik, bəzi otellərdə səhər və axşam yeməkləri qiymətə daxildir.

Qeyd etmək istərdim ki, həm yerli, həm də xarici turistlər üçün Azərbaycanda dövlət tərəfindən qəbul olunmuş yeganə turizm assosiasiyası fəaliyyət göstərir – “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”. Buraya üzv olan şirkətlər dövlət tərəfindən tanınır, müəyyən standartlardan keçir və tələblərə cavab verir. Səyahət planı üçün həmin turizm şirkətlərinə müraciət edə bilərsiniz".

Turizm eksperti Kənan Hənifəyev də,ən çox səyahət edilən yerlərin şimal və şimal-qərb olduğunu deyir:" Bildiyiniz kimi regionlarımızın unikallığı onun təbiəti tarixi və mətbəxi ilə kombinə olmasıdır ki , turist gedəcək hər bir istiqamətdə oranın dəyərlərini adətini mədəniyyətivə tarixi ilə sə tanış olur. Son illərdə demək olar ki ölkəmizin istənilən istiqamətinə səfərlər təşkil edilir və müxtəlif xidmətlərlə zəngindir. Hər bir turistin büdcəsinə uyğun olaraq istirahət məkanları qonaqlama xidmətləri mövcuddur. Sərhədlərin bağlı olması turistlərin daha çox ölkə daxilində istirahət etməsi bir növ regional turizmdə təkan və dəstək olub. Burada həm xidmətin keyfiyyətin artması həmçinin də rəqabətin olması ilə turistə istənilən segmentdə xidmətlər verilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri