Icma.az
close
up
RU
Dünyada əməyin ən yaxşı qiymətləndirildiyi sahə: Azərbaycanda durum necədir?

Dünyada əməyin ən yaxşı qiymətləndirildiyi sahə: Azərbaycanda durum necədir?

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda istər ölkəmizdə, istərsə də dünyada informasiya texnologiyaları (İT) sahəsi əməyin ən yüksək qiymətləndirildiyi istiqamətdir. Burada daim yaxşı bacarıqları olan peşəkarlara tələbat var. Hətta hansı ölkədə yaşamasından asılı olmayaraq, onlayn şəkildə işləyib daha çox gəlir əldə etmək imkanına sahibdirlər.

Təsadüfi deyil ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq əməkhaqqı 12%-ə yaxın artıb, 1 671,4 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dövlət sektorunda bu göstərici 1 473,5 manat, özəl sektorda isə 1 813 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,8%, o cümlədən dövlət sektorunda 15,2%, özəl sektorunda isə 9,4% artıb. Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı oktyabrın 1-nə 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3% çoxdur. Əslində bu sahədə təklif olunan əmək haqları rəsmi statistikada göstəriləndən də çoxdur.

Maraqlıdır, tələbatın bu qədər çox olduğu və əməyin qiymətləndirildiyi sahə üçün lazımi qədər kadr yetişdirə bilirikmi?

Mütəxəssislərin sayı nəzərəçarpacaq dərəcədə artıb

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, son illər ölkədə tətbiq olunan proqramlar nəticəsində İT mütəxəssislərinin sayı nəzərəçarpacaq dərəcədə artıb: “Bu proqramlar çərçivəsində bu peşəyə ilk addım atanlar yeni biliklərə yiyələnib öz fəaliyyətlərinə başlayırlar. Lakin bu, yalnız ilk addımdır. Məlum istiqamətdə fəaliyyətlər yeni mərhələyə keçməlidir. Bu sahə üç səviyyəyə bölünür: ilkin bacarıqları olanlar, orta səviyyəli mütəxəssislər və peşəkarlar. İlkin mərhələdən digər səviyyələrə keçiddə axsamalar var. Xaricə gedən axın da əsasən, orta səviyyəlilər və peşəkarlardır. Onlar Azərbaycan bazarından daha yüksək gəlir və maliyyə təklif edən işlərə yönəlirlər. Ölkə daxilində olan peşəkarların da əksəriyyəti fiziki şəxs kimi fəaliyyət göstərərək xarici şirkətlər üçün işləyirlər”.

Bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər

Mütəxəssis deyir ki, bu gün bazarda peşəkar mütəxəssislərin sayını artırmaq üçün təhsil sistemində dəyişiklik vacibdir: “Şirkətlərə daha çox peşəkar mütəxəssis lazımdır. Bunun üçün hər hansı dövlət proqramı olmalı, kiçik mütəxəssislərin peşəkarlaşması üzərində çalışılmalıdır. Ən əsas məsələ isə Azərbaycanın ali təhsil sistemində tədris proqramları dəyişdirilməlidir. Amma yeni proqramlar yazılsa belə, tədris edənlərin əksəriyyəti o təcrübədən heç vaxt istifadə etməyənlərdir. Onlar bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər”.

Məzunlarımız təhsilini bitirir, amma...

F.Kazımovun sözlərinə görə, Azərbaycanda hazırda mühəndis bacarıqları olan İT mütəxəssis yetişdirmək məsələsində ciddi problemlər var. Yəni, proqram, kod yazmağı öyrətmək problem deyil, onları kursda 7-8 aya öyrətmək mümkündür. Amma mühəndis bacarıqları olan mütəxəssisi yalnız ali təhsil səviyyəsində yetişdirmək olur: “Bunun üçün proqramlar təkmilləşdirilməli, bazar daxilində bu dərsləri verə biləcək peşəkar mütəxəssislər stiumullaşdırılmalıdır. Ali təhsil müəssisələrimiz ildə yüzlərlə orta səviyyəli mühəndislər buraxsa, kadr problemimiz olmaz. Amma bizim məzunlarımız təhsilini bitirir, yenə də bu sahəni kurslara öyrənməyə gedirlər. Ali təhsilli mütəxəssisin kursa ehtiyacı olmamalıdır”.

Köhnə biliklərdən azad olmalıyıq

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, İKT sahəsində daha çox kadr yetişdirmək və mütəxəssislərin xaricə axınının qarşısını almaq üçün ölkəmizdə öncə münbit mühit yaranmalı, qanunvercilik təkmilləşdirilməli və ümumi təhsilin keyfiyyəti artırılmalıdır: “Daha çox kadr yetişdirmək üçün təhsil və təlim proqramları yeni çağırışlara cavab verməlidir. Köhnə və yük olan biliklərdən azad olmalıyıq. Universitetlərdə İKT üzrə ixtisaslar artırılmalı və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar yaradılmalıdır”.

Mütəxəssis deyir ki, İKT şirkətləri universitetlərlə əməkdaşlıq edərək təcrübə proqramları təşkil etməlidir: “Şirkətlərdə mentorluq proqramları mədəniyyəti olmalıdır. Təcrübəli mütəxəssislər yeni başlayanlara mentorluq etməlidirlər. İnnovasiya və startap ekosistemi inkişafı etməli, maliyyə dəstəyi olmalıdır”.

Ekosistem qurulmalıdır

Peşəkar mütəxəssislərin xaricə axınının qarşısını almaq məsələsinə gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, xarici təcrübə önəmlidir: “Gedənlərin böyük qismi geri dönür və öyrəndiyi bilikləri ölkəmizə qazandırır. İKT bazarını rəqabətli əməkhaqqı və şərtlər formalaşdırmalıdır. Yerli şirkətlərdə rəqabətli əməkhaqqı, iş şəraiti, tələb və təklif tarazlanarsa, xaricə gedən, orada təcrübə qazanmış mütəxəssislər bir müddət sonra geri qayıdıb təcrübələrini ölkəmizdə istifadə edəcəkdir. Mütəxəssislərə karyera inkişafı və yüksəlmə imkanlarının yaradılması üçün ekosistem qurulmalıdır”.

Təcrübə real iş mühitində əldə olunur

İT mütəxəssisi Vahid Qasımov deyir ki, bu sahədə kadr hazırlığı hazırda ölkədə ən yaxşılardandır: “İnsanlar İT sahəsində iş imkanlarının yaxşı olduğunu nəzərə alaraq bu sahəyə yönəlib. Daha çox insan universitetdə İT ixtisaslarını seçirlər. Hətta bəziləri ixtisaslarını dəyişib İT sahəsinə gəlirlər. Bunu qarşılamaq üçün də hazırda çoxlu kurslar və akademiyalar açılıb. Azərbaycanın hazırda əsas ehtiyacı olan mütəxəssislər yüksək səviyyəli və bacarıqlı kadrlardır. Bunu isə nə peşə təhsili, nə ali təhsil müəssisəsi hazırlaya bilər. Təcrübə ancaq və ancaq real iş mühitində illər boyu çalışmaqla əldə olunur. Azərbaycanda bu cür imkanlar çatmır. Buna görə də çoxlu sayda İT üzrə peşə təhsili almış kadrlar təcrübə və iş yerləri tapmaqda çətinlik çəkirlər. Peşəkar İT mütəxəssislərə ehtiyacı olan müəssisələr də təcrübəli kadr tapmaqda çətinlik çəkirlər. Nisbətən yüksək maaş alan və tələbatı olan yüksək səviyyəli kadrlar isə inkişaf və yüksəlmə problemlərini yaşayırlar. Çünki milli müəssisələr təcrübəli mütəxəssisə daha maraqlı layihə, daha yaxşı iş və yaşam səviyyəsi, daha yuxarı vəzifə təklif etməkdə çətinlik çəkirlər. Bu da, öz növbəsində, təcrübəli İT kadrlarının xaricə köçməsinə səbəb olur. İT sektorunda bazarın əsas problemi maaş və yeni kadrlardır”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri