Icma.az
close
up
RU
Azərbaycanda vəkilə qarşı ağır ittihamlar

Azərbaycanda vəkilə qarşı ağır ittihamlar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir”.

Bu iddia ilə “Qafqazinfo”ya ixtisasca həkim olan L.Abdullayeva müraciət edib. Bakıda yaşayan şikayətçi bir müddət əvvəl dələduzluq faktı ilə üzləşdiyini və müdafiə məqsədilə vəkil Raul Ramazanovla müqavilə bağladığını deyir.

Qadının sözlərinə görə, aralarında yalnız rəsmi və məsafəli münasibət olsa da, bir müddətdən sonra vəkil tərəfindən telefonuna əxlaqsız təkliflər və qeyri-etik şəkillər göndərilib. Şikayətçi deyir ki, dəfələrlə bu barədə vəkilə xəbərdarlıq edib müqaviləni dayandıracağını desə də, vəkil onu hədələməkdən əl çəkməyib: “Ötən il iyun ayının əvvəlində vəkil Raul Ramazanovla üz-üzə görüşdük və 12 nömrəli vəkil bürosunda müqavilə bağladıq. Mən ona etibarnamə verdim ki, məhkəmədə hüquqlarımı müdafiə etsin. Bir neçə ay sonra mənə əxlaqsız təkliflər etməyə başladı. Razılaşmayanda isə istintaq prosesində mənim hüquqlarımı lazımi şəkildə qorumayacağını, işimi “buracağını” dedi. Mən əminəm ki, bunu da edər. 

Bu qeyri-etik mesajlar, əxlaqsız təklifləri bir qadın olaraq şərəf və ləyaqətimə toxunub. Bu günə kimi Raul bəy daxil, hər kəslə rəsmiyyəti qorumuşam və buna diqqət etmişəm. Əsla belə davranışlara layiq biri deyiləm. Məcbur qalıb müqaviləni pozacağımı, yeni vəkillə müqavilə bağlayacağımı dedim. Çünki artıq onunla işləyə, göndərdiyi qeyri-etik, yarıçılpaq şəkillərini qəbul edə bilmirdim...”

Şikayətçi vəkilin ona göndərdiyini bildirdiyi fotoları da redaksiyamıza təqdim edib, lakin şəkillərin qeyri-etik olduğunu nəzərə alaraq yayımlamırıq. L.Abdullayeva problemlə bağlı aidiyyəti dövlət orqanlarına, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etdiyini əlavə edib. 

İttihamlarda adı hallanan vəkil Raul Ramazanovla əlaqə saxlasaq da, o, söylənilənlərin həqiqətə uyğun olmadığını bildirərək telefonu söndürdü: “Yalandır, şər-böhtandır...”

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan R.Ramazanov 8 ildir ki, vəkil olaraq fəaliyyət göstərir. O, hazırda 12 saylı Vəkil Bürosunda çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri