Icma.az
close
up
RU
Azərbaycanda vəzifəli şəxs anbardan 44 minlik mal oğurlayıb satdı MƏHKƏMƏ

Azərbaycanda vəzifəli şəxs anbardan 44 minlik mal oğurlayıb satdı MƏHKƏMƏ

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyinin anbarından 44 minlik mal oğurlayan vəzifəli şəxsə hökm oxunub.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərterminalkompleks" Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsində işləməklə Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim edilmiş Hüseyn Elsəvər oğlu saxlanılıb.

1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş Hüseynə Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, "Azərterminalkompleks" Birliyinin direktoru general-mayor Kənan Aşurlunun əmri ilə Hüseyn Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunub.

Hüseyn vəzifəsinin icrasına başladıqdan sonra - 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək ümumi dəyəri 44 082 manat olan "Azərterminalkompleks" Birliyinin Astara müvəqqəti saxlanc anbarından müxtəlif markalı siqaretlər, dərman vasitələri, bir ədəd geyim dəsti və bir ədəd "iPhone 14 midnight 128 GB" mobil telefonu oğurlayıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq özünə əlavə qazanc əldə edib.

Təqsirləndirilən şəxs 2018-ci ildən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışdığını, sonuncu iş yerində isə vəzifəsi birliyin anbarında olan əşyaların saxlancını, qorunmasını, salamatlığını təmin etməkdən ibarət olub. Son dövrlərdə maddi vəziyyəti ilə bağlı çox çətinliklər yaranıb, bir müddət sonra çıxılmaz vəziyyətə düşdüyündən sözügedən əməli törətdiyi və bunu bir müddət sonra öz rəhbərliyinə etiraf etdiyini deyib. Hüseyn anbardan götürdüyü malların satışından ümumilikdə təxminən 2 000 manat pul əldə etdiyini, 44 min manatlıq müxtəlif çeşidli malları götürmədiyini də bildirib.

Məhkəmənin qərarı ilə Hüseyn 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək şərti ilə gəzəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri