Azərbaycanda vəzifəli şəxs özünü qəbiristanlıqda asdı YENİLƏNİB
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın verdiyi məlumata görə 30 yaşlı Şəfiq Əliyev günorta 13 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.
Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19 radələrində, yaxınlarının axtardığı icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbirstanlığının qapısında aşkarlanıb.
Ş.Əliyevin axtarışında olan yaxınları, qəbirstanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbirstanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.
***
21:43
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
Lent.az-ın verdiyi xəbərə görə, Lerik rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Dekabr 2024 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















