Azərbaycanda virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması müzakirə olunub
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin və bu xidmətin təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ekspertlərin iştirakı ilə "Virtual aktivlər və bazar ehtiyacları: ekspert müzakirəsi" adlı tədbir keçirib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması, virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləmə yanaşması kimi mövzular müzakirə olunub. İştirakçılar həmçinin, Qazaxıstan və Türkiyədə virtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiş təcrübələrlə tanış olublar.
Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar, risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda bu aktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb.
Görüşdə iştirak edən ekspertlər arasında interaktiv müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Aparılan müzakirələr bu sahədə beynəlxalq təcrübələrdən faydalanaraq ölkədə virtual aktivlər bazarının tənzimləmə çərçivəsinin formalaşmasına, bununla da bazarın daha təhlükəsiz və şəffaf idarə edilməsinə imkan yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















