Azərbaycanda xarici film istehsalçısına xərclər qismən geri ödəniləcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda xarici film istehsalçısına da xərclər qismən geri ödəniləcək.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nda əksini tapıb .
Qaydaya əsasən, qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
Xarici film istehsalçısına dair tələblər aşağıdakılardır:
- istehsalı planlaşdırılan filmlə eyni növdən olan filmlərin çəkilişi ilə bağlı ən azı 3 (üç) il təcrübə; - istehsalı planlaşdırılan filmə oxşar ən azı 2 (iki) filmin uğurlu istehsalı və yayımı.
Baxış sayı:78
Bu xəbər 07 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















