Azərbaycanda xəstəxanada tibb bacıları arasında DAVA
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Tovuzda xəstəxanada dava olub.
Lent.az xəbər verir ki, hadisə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Burada işləyən tibb bacıları arasında növbənin təhvili zamanı mübahisə olub. Mübahisə zamanı onlardan 48 yaşlı Tənzilə Məmmədova (ad və soyad şərtidir) iş yoldaşını vuraraq, xəsarət yetirib.
Tənzilə Məmmədova bu əmələ görə saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub. O, ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hərəkətlər etməyəcəyini deyib. Tənzilə Məmmədova həmçinin zərərçəkənlə barışdığı üçün məhkəmədən işə xitam verilməsini istəyib.
Tovuz rayon Məhkəməsinin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















