Icma.az
close
up
RU
Azərbaycanda qohumlar arasında dava: ŞƏHİD ANASI DÖYÜLDÜ

Azərbaycanda qohumlar arasında dava: ŞƏHİD ANASI DÖYÜLDÜ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Neftçala rayonunda şəhid anası qohumları tərəfindən döyülüb.

Redaktor.az oxu.az-a ıstinadən xəbər verir ki, hadisə rayonun Xol Qarabucaq kəndində baş verib. Kənd sakini Şəfiqə Səmədovanın oğlu Camal Vüqar oğlu Səmədov öz dayısı qızı ilə ailə qurub. C.Səmədov Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olandan sonra ailədə şəhidin pensiyası və veriləcək əmlakla bağlı mübahisələr başlayıb.

Belə ki, şəhidin atası Vüqar Səmədov oğlunun pensiyası və əmlakın Camal Səmədovun həyat yoldaşı Həcər Səmədovaya qalmasına narazılıq edib və bu barədə ailədə söz-söhbətlər başlayıb. Nəticədə söz söhbətə son qoymaq üçün Həcər 1 il sonra, yəni şəhidin il mərasimindən sonra iki azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb və həmin vaxtdan etibarən uşaqları Şəfiqə Səmədovaya göstərməyiblər.

Şəhid anası dəfələrlə nəvələrini görmək üçün qardaşı evinə zəng vursa da, xeyri olmayıb. Məcburiyyət qarşısında qalan Ş.Səmədova uşaqları görmək üçün qardaşının evinə gedib. O, evə daxil olarkən qardaşı oğlu İlqar Səfərov şəhid anasını yumruqla vuraraq yıxıb. İlqar Səfərovun atası Şahmar Səfərov bacısı Şəfiqə Səmədovanı tutaraq evdən çölə atıb.

Hadisə nəticəsində Şəfiqə Səmədova baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Hadisə yerinə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları gediblər və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmədə şəhid ailəsi təqsirləndirilən şəxsi bağışlayıb və ondan şikayətçi olmayıb.

Məhkəmə şəhid anasının xahişini nəzərə alaraq cinayət işinə xitam verib və İ.Səfərovu məsuliyyətdən azad edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri