Icma.az
close
up
RU
Azərbaycanda qəbiristanlıqda qadınlar arasında kişi üstündə DAVA

Azərbaycanda qəbiristanlıqda qadınlar arasında kişi üstündə DAVA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yevlax rayonunda 1990-cı il təvəllüdlü Gülşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, “Dəvəçi qəbiristanlığı” adlanan qəbiristanlığın ətrafında baş verib. 
Gülşən həmin ərazidən keçən torpaq örtüklü yolda Lətifə ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Gülşən əli ilə Lətifəyə təpə və sol bud nahiyyəsindən qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Gülşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Lətifə ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmayıb: 
“Lətifə son bir neçə ildir ki, Yevlax şəhərinə, yaşadığım küçə ilə qonşu olan ünvana köçərək orada yaşayıb. Lətifə Yevlax şəhərinə gələn vaxtdan məni və ailə üzvlərimi narahat edir, kişi cinsindən olan qohumlarım ilə dostluq münasibəti saxlamaq istəyir. Lakin mən buna etiraz edərək, Lətifəyə ailə üzvlərimdən uzaq durması üçün dəfələrlə xəbərdarlıq etmişəm. Lakin Lətifə normal həyat yaşamır, mənim iradlarımdan nəticə çıxarmaq əvəzinə məni qıcıqlandıracaq hərəkətlər edib”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə hadisə günü, saat 18 radələrində bacıları Zəminə və Kəbirə ilə birlikdə yaşadığı küçənin yaxınlığında yerləşən Yevlax şəhəri “Dəvəçi qəbiristanlığı” adlanan qəbristanlığa kətəyə istifadə etmək üçün göyərti yığmağa gediblər: 
“Biz kətə göyü yığıb qəbiristanlıqdan çıxarkən Lətifə piyada “Dəvəçi qəbiristanlığının” yanından getdiyini gördüm. Mən normal şəkildə Lətifəyə ailə üzvlərimdən uzaq durmasını bir daha onun nəzərinə çatdırdım. Lakin Lətifə öz-özünə əsəbiləşərək ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Mən isə Lətifəyə etdiyi hərəkətin düzgün olmadığını dedim. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbi halda Lətifəyə yaxınlaşaraq əlim ilə onun baş və ayaq nahiyyələrindən vuraraq ona xəsarət yetirdim. Həmin vaxt orada olan bacılarım Zəminə və Kəbirə bizi aralaşdırdı. Lakin Lətifə ərizə və izahatında qeyd etdiyi kimi onu ağacla vuraraq xəsarət yetirməmişəm. Mən Lətifəyə yalnız əlim ilə vurub xəsarət yetirmişəm. Əvvəllər Lətifə ilə aramızda heç bir münaqişə olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, təqsirləndirilən Gülşən ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmayıb: 
“Lakin mənə məlum olmayan səbəblərdən Gülşən harada məni görsə, təhqir edir, şəxsiyyətimi alçaldan ifadələr işlədib. Sonuncu dəfə saat 18 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasından çıxaraq üzü piyada yaşadığım evimə getdim. Yevlax şəhərində yerləşən “Dəvəçi qəbiristanlığı” adlanan qəbiristanlığın yanından keçən yol ilə piyada gedərkən Gülşən, bacıları Zəminə və Kəbirənin qəbiristanlıqdan çıxdıqlarını gördüm. Həmişə olduğu kimi Gülşən məni görən kimi ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Gülşənə etdiyi hərəkətin düzgün olmadığını dedim. Buna görə aramızda mübahisə baş verdi. 
Mübahisə zamanı Gülşən mənə yaxınlaşaraq əlində olan ağac budağı ilə baş və ayaq nahiyyələrimdən xəsarət yetirərək məni döydü. Həmin vaxt orada olan Gülşənin bacıları Zəminə və Kəbirə bizi aralaşdırdı. Bundan sonra polis şöbəsinə döyülməyim barədə məlumat verdim”. 
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Gülşənin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri