Icma.az
close
up
RU
Azərbaycanda xüsusi təhsil necə təşkil ediləcək? AÇIQLAMA

Azərbaycanda xüsusi təhsil necə təşkil ediləcək? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda xüsusi təhsil müəssisələrinin sayı azalmaqdadır. Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu addım köhnəlmiş fərdi təhsil məktəblərinin bağlanması və uşaqların inklüziv təhsilə cəlb olunması məqsədi daşıyır. Bəs xüsusi məktəblər bağlanarsa, sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsili necə təmin olunacaq?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fəridə Sahib deyib ki, əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlar üçün uyğun təhsil formasının seçilməsidir: “Rayon və şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarının fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarını müəyyənləşdirmək və bu əsasda onların xüsusi təhsilin müvafiq formasına cəlb olunması barədə qərar qəbul etməkdir. Bu zaman komissiyalar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2024-cü il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” kimi normativ hüquqi aktların tələblərini əsas götürürlər. Qeyd edək ki, diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda qeyd edilmiş sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilə cəlb edilməsi davam edir. Yalnız uşağın sağlamlığında olan məhdudiyyət xəstəliklər siyahısındakı diaqnoza uyğun gəldikdə bu qərar qəbul edilir. *Digər hallarda uşaqlar xüsusi, inteqrasiyalı, inklüziv və ya ümumi təhsil müəssisəslərində təhsilə cəlb edilirlər”.

Fəridə Sahib qeyd edib ki, psixoloji-tibbi-pedaqoji komissiyaların qərarları uşaqların fərdi inkişafını dəstəkləməyə, onların tədris prosesində fasiləsiz iştirakını təmin etməyə və sosial inteqrasiyasına xidmət edir.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:548
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Sentyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri