Azərbaycanda yarım milyon manata evlər satışa ÇIXARILIR
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.
Redaktor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən ümumi sahəsi 83.55 kvadratmetr olan mənzilin qiyməti 585 000 manat təyin olunub. Mənzil bu gün 12:00-dan etibarən təkrar hərraca çıxarılıb.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ümumi sahəsi 218.84 kvadratmetr olan mənzilin qiyməti isə 500 000 manat təyin olunub. Mənzil 27 fevral 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq.
Hər iki mənzil "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındadır.
Baxış sayı:63
Bu xəbər 30 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















