Icma.az
close
up
RU
Azərbaycanda yeni auditorlar fəaliyyətə başlayır

Azərbaycanda yeni auditorlar fəaliyyətə başlayır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Auditorlar Palatasında auditor adını almaq hüququnu qazanan şəxslərin növbəti andiçmə mərasimi təşkil olunub. Tədbir auditor adını qazanmış və ixtisas imtahanlarını uğurla başa vurmuş şəxslərin iştirakı ilə təşkil olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri Vahid Novruzov auditor peşəsinin ölkənin iqtisadi həyatında mühüm rol oynadığını qeyd edib. O deyib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın artırılması və audit institutunun inkişafı istiqamətində həyata keçirilən siyasət bu sahənin daha da təkmilləşməsinə mühüm töhfə verir. Dövlət başçısının iqtisadiyyatın davamlı inkişafı və idarəetmədə müasir yanaşmaların tətbiqi ilə bağlı müəyyən etdiyi prioritetlər auditorların fəaliyyətinə də yeni məsuliyyət və vəzifələr müəyyən edir.

Palata sədri vurğulayıb ki, müasir dövrdə iqtisadiyyatın rəqəmsallaşması, innovativ texnologiyaların geniş tətbiqi və süni intellekt alətlərinin inkişafı audit fəaliyyətində də yeni yanaşmaların formalaşmasını zəruri edir. Bu baxımdan auditorlar yalnız maliyyə hesabatlarının yoxlanılması ilə kifayətlənməməli, həmçinin müəssisələrdə risklərin qiymətləndirilməsi, idarəetmə proseslərinin təhlili və maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində də fəal iştirak etməlidirlər.

V.Novruzov auditorların öz fəaliyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Qanunvericiliyinə, Beynəlxalq Audit Standartlarına və Peşə Etikası Prinsiplərinə ciddi riayət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, auditor adı yüksək etimad və məsuliyyət tələb edən peşədir və bu ada layiq olmaq üçün auditorlar öz fəaliyyətlərində obyektivlik, müstəqillik, dürüstlük və peşəkarlıq prinsiplərini daim rəhbər tutmalıdırlar.

Daha sonra auditorlar onlara göstərilən yüksək etimada görə öz minnətdarlıqlarını bildirərək öz peşə fəaliyyətlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə, Beynəlxalq Audit Standartlarına və Peşə Etikası Prinsiplərinə uyğun şəkildə, vicdanla, obyektiv və məsuliyyətlə həyata keçirəcəklərinə, fəaliyyətləri zamanı dempinq və haqsız rəqabət hallarına yol verməyəcəklərinə, həmçinin peşə etikası qaydalarına sadiq qalacaqlarına və auditor peşəsinin nüfuzunu daim qoruyacaqlarına dair and içiblər.

Tədbirin sonunda Auditorlar Palatasının sədri V.Novruzov auditor peşəsinə yeni addımlarını atan auditorları bir daha təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Daha sonra onlara ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən müvafiq icazə sənədləri, eləcə də palatanın üzvlüyünü təsdiq edən döş nişanları təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri