Icma.az
close
up
RU
Azərbaycanda yeni maaş sistemi: Ödəniş ayda neçə dəfə ediləcək?

Azərbaycanda yeni maaş sistemi: Ödəniş ayda neçə dəfə ediləcək?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir sıra ölkələrdə tətbiq olunan saatlıq əməkhaqqı sistemi Azərbaycanda da müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər hesab edir ki, belə sistem tətbiq olunarsa, əmək münasibətlərinin tənzimlənməsi qanunvericilik əsasında aparılmalıdır.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq əməkhaqqı tətbiq edilən ölkələrdə bu mexanizm qanunvericiliklə tənzimlənir:

“Saatlıq əməkhaqqı sistemini tətbiq edən ölkələrdə bu, qanunvericiliklə tənzimlənir və işəgötürənlə işçi üçün konkret öhdəliklər müəyyənləşdirilir. Bu artıq tərəflərin öz aralarında müəyyən etdiyi məsələ deyil. Əmək münasibətləri qanunvericiliyin müəyyən etdiyi tələblər əsasında formalaşır”. Dördpendirli pizza

Deputat qeyd edib ki, əsas məsələlərdən biri işçi və işəgötürən münasibətlərinin necə tənzimlənəcəyidir:

“Burada əsas istiqamətlərdən biri əmək münasibətlərinin necə tənzimlənməsi və işçi ilə işəgötürənin öhdəliklərinin necə müəyyənləşdirilməsidir”.

Vüqar Bayramov vurğulayıb ki, saatlıq əməkhaqqı sistemi tətbiq olunsa belə, vergi ödəniş mexanizmi dəyişmir:

“Təbii ki, burada vergi əməkhaqqına uyğun hesablanır. Əməkhaqqı hər saata görə müəyyənləşdirilsə də, ödəniş adətən ayda bir və ya maksimum iki dəfə həyata keçirilir. Dünya praktikasında da bu model tətbiq olunur. Əksər hallarda əməkhaqqı ayda iki dəfə ödənilir”.

Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə ödəniş intervalı bəzi hallarda işçi və işəgötürən arasında razılaşdırıla bilir:

“Bəzi hallarda ayda bir dəfə də ödəniş edilir və bu məsələ tərəflər arasında razılaşdırıla bilər. Amma əsas məqam ondan ibarətdir ki, vergi ödənilən əməkhaqqına uyğun hesablanır”.

O bildirib ki, saatlıq hesablanma olsa da, aylıq əməkhaqqı məbləği formalaşır və vergitutma buna uyğun aparılır:

“Əməkhaqqının hesablanması saata görə həyata keçirilsə də, nəticə etibarilə aylıq əməkhaqqı məbləği müəyyənləşir və vergi də ona uyğun hesablanır. Bu da qanunvericiliklə tənzimlənir və əməkhaqqından vergi ödənilməsində hər hansı dəyişiklik baş vermir. Ödənilən məbləğə uyğun olaraq vergi büdcəyə cəlb edilir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 May 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri