Pəribacaları cütlüyün həyatına son qoydu Kapadokiyada faciə
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsində "Peribacaları"ndan birinin çökməsi nəticəsində üç nəfər həyatını itirib.
Axşam.az xəbər verir ki, hadisə oktyabrın 29-da Göreme Açıq Hava Muzeyinin yaxınlığında baş verib. Güclü yağışlardan sonra "Peribacaları"nın birinin qayalıq hissəsi qoparaq ərazidəki turistlərin üzərinə düşüb.
Faciə nəticəsində Sakaryanın Geyve rayonunda fəaliyyət göstərən internet xəbər portalının əməkdaşı, 31 yaşlı jurnalist Fatih Eray Tuna və onun həyat yoldaşı Begüm Çetinkaya Tuna həyatını itirib. Cütlüyün cəmi üç ay əvvəl ailə qurduğu bildirilib.
Hadisənin digər qurbanı isə 37 yaşlı Fransa vətəndaşı olub. Daha beş nəfər isə xəsarət alıb.
Hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















