Icma.az
close
up
RU
Azərbaycanda yeni virus yayılıb? Nazirlikdən AÇIQLAMA

Azərbaycanda yeni virus yayılıb? Nazirlikdən AÇIQLAMA

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakıda hava şəraitinin gözlənilmədən sərin keçməsi fonunda respirator xəstəliklərə yoluxma halları artıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə xəstəliyin adi qripdən fərqli olduğu və daha ağır simptomlarla müşayiət olunduğu iddia edilir. Xüsusilə güclü əzələ və sümük ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bu vəziyyət əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlıqları gücləndirib.

Məsələ ilə bağlı rəsmi mövqeyi öyrənmək üçün “Yeni Sabah” Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Qurumun mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə infeksiyalarla bağlı vəziyyət stabildir:

“Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son açıqlamalarına görə, ölkədə respirator infeksiyalarla bağlı vəziyyət stabil və nəzarət olunan hesab edilir. Statistik baxımdan müraciətlərdə artım müşahidə olunsa da, bu, mövsümi dalğalanma çərçivəsindədir və epidemioloji həddi aşmayıb. Aprel ayında havaların qəfil soyuması və rütubətin artması bu tip virusların aktivləşməsi üçün təbii mühit yaradır. Bu infeksiyalar sümük-əzələ ağrıları və uzunmüddətli öskürəklə müşayiət oluna bilir. Belə ki, virus bədənə daxil olduqda intoksikasiya (zəhərlənmə) yaradır ki, bu da pasiyentlər tərəfindən "sümük sızlaması" və ya "əzələ qırılması" kimi hiss edilir. Bu, yeni bir virus deyil, sadəcə bu mövsümdə daha aktiv ştamdır. Mövcud hallar daha çox Mövsümi A qripi (hazırda ən çox rast gəlinən patogendir), Rinovirus və Adenovirus (Burun axması və boğaz ağrısı ilə müşayiət olunan "adi soyuqdəymə" halları), RSV Respirator Sinsitial virus kombinasiyası ilə əlaqələndirilir”.

Nazirlik bildirir ki, mövcud vəziyyət epidemioloji risk yaratmır və vətəndaşlara özbaşına müalicədən uzaq durmaq tövsiyə olunur:

 “Bu virusların klinik mənzərəsi bir-birinə çox bənzədiyi üçün laborator analiz olmadan onları fərqləndirmək çətindir, lakin müalicə protokolları əsasən oxşardır (simptomatik müalicə). Hazırkı vəziyyət epidemioloji baxımdan təhlükəli hesab edilmir. Səhiyyə Nazirliyi əhaliyə özünümüalicədən çəkinməyi, xüsusilə antibiotiklərin virus xəstəliklərində təsirsiz olduğunu və vəziyyəti ağırlaşdıra biləcəyini xatırladırlar. Eyni zamanda  qapalı məkanların tez-tez havalandırılması, şəxsi gigiyena və immuniteti gücləndirən qidalanmanı tövsiyə edir. Simptomlar (xüsusilə yüksək qızdırma və nəfəs darlığı) 3-4 gündən artıq davam edərsə, mütləq ailə həkiminə və ya poliklinikaya müraciət edilməlidir”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri