Azərbaycanda yuxu laboratoriyaları yaradılır
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda yuxu laboratoriyalarının yaradılması nəzərdə tutulur.
"Cebheinfo.az" xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov bildirib.
O qeyd edib ki, yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur:
"Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Yuxu laboratoriyasında yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər daxildir", - deyə Elviz Qasımov bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















