Icma.az
close
up
RU
Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda 652 nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Komitədən verilən açıqlamaya görə, itkin düşən şəxslərin 100-ü 14-18 yaşadək uşaqlar olub.

Məlumatda bildirilir ki, ötən illərlə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı 141, 2014-cü ildə 128 olub.

Əslində, kifayət qədər böyük olan bu rəqəm il ərzində 600-dən çox insanın, o cümlədən 100 azyaşlının hara getməsi ilə bağlı sualları ortaya qoyur. Bəs azyaşlıların itkin düşməsinə səbəb nədir və aidiyyatı orqanlar itkinlərin tapılması üçün hansı işləri görürlər?

Problemdən çıxış yolu - evdən qaçış

Ekpertlər problemin kökünü cəmiyyətdəki gərginlikdə axtarır. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, məhz cəmiyyətdəki gərginlik ailələrə çox ciddi təsir edir və daha çox belə hallara problemli ailələrdə rast gəlinir:

"Azərbaycan ailəsi tarixdə heç vaxt indiki qədər gərgin olmayıb. Kasıb olub, xəstəliklər, müharibələr olub, amma ailənin tərkibində onu ailə kimi saxlayan qüvvələr olub. Əgər ailə gərgin olursa, cəmiyyət də gərginləşir. Bu zaman ora müdaxilə etmək, nizam-intizam yaratmaq da çətin olur. Ailədə, məktəbdə, cəmiyyətdə eyni zamanda gərginliklər baş verir. Bu zaman uşaqların bəzisi özü ailədən baş götürüb qaçır. Bəzən cəmiyyət burulğan kimi onları çəkib aparır”.

Ekspertin sözlərinə görə, azyaşlıların itkin düşmələri ilə bağlı halların qarşısını almaq üçün elmin imkanlarından istifadə etmək lazımdır:

"Ailə institutu ilə bağlı, uşaqların tərbiyəsi ilə bağlı ortada elmi fəaliyyət proqramımız olmalıdır. Bu zaman müəyyən oluna bilər ki, qanunvericilik orqanları nə etməlidirlər, hansı inzibati tədbirlər görülə bilər, maarifləndirmə necə aparılmalıdır, ailələrlə necə işləmək lazımdır. Heç kim elmi əsaslarla proqram hazırlamaq istəmir. Dəfələrlə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təklif etmişəm ki, bu sahədə elmi olaraq işlər görülsün. Amma burada gərək həqiqi elmi mütəxəsisslər olsun. Çünki ailə və uşaqlarla bağlı xeyli problemlər var. Müvafiq qurumlar ciddi əsaslarla işlər görülməlidir. Hələ ki, ortada nəticə yoxdur”.

DİN: 100 yox, 16 azyaşlı itkin düşüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org-a açıqlamasında bu məlumatın yanlış olduğunu dedi. Onun sözlərinə görə, bu rəqəmlərda ya Statistika Komitəsi səhv edib, ya da məlumatı yayan agentlik:

"Ötən il Respublika üzrə xəbərsiz itkin düşən 887 nəfər daxili işlər orqanları tərəfindən axtarılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində onlardan 652 nəfəri tapılaraq ailələrinə təhvil verilib. Qalan 235 nəfərin axtarışı isə davam etdirilir. Amma bu 235 nəfər axtarışda olan şəxslərin 70-80%-i keçmiş illərdə itkin düşən şəxslərdir. Buna baxmayaraq onların axtarışları davam etdirilir. Yəni yayılan məlumatlarda hansısa yanlışlıq olub”.

E.Zahidovun sözlərinə görə, ötən il axtarışda olan 887 nəfərdən 116 nəfəriyetkinlik yaşına çatmamış uşaqlar olub ki, bunlardan 100-ü tapılıb. Hazırda axtarışda olan 235 nəfər arasında itkin düşən 16 azyaşlı var.

E.Zahidovun sözlərinə görə, itkin düşən azyaşlıların hara yoxa çıxmasına gəlincə, bununla bağlı yalnız ehtimallar səsləndirmək olar. Yəni bəziləri valideynindən xəbərsiz dənizə gedir və suda batır. Bəzən olur ki, qız kiməsə qoşulub başqa ölkəyə qaçır. Və ya uşaq xəbərsiz qohumunun evinə gedir və bundan təşvişə düşən valideyn də 112 xidmətinə zəng vurur. İtkin düşən uşaqların əksəriyyəti yaxın bir-iki gün ərzində polis tərəfindən tapılır, amma qeydiyyata düşdüyünə görə bu statistikada öz əksini tapır.

Dövlət Komitəsi hələ statistikanı araşdırır

Ailə, Qadın, Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsindən isə virtualaz.org-a bildirdilər ki, Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı statistikanı əldə etmək üçün müvafiq orqanlara sorğu göndərilib. Komitədən bu statistika olmadan belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görüldüyünü deyə bilmədilər:

"Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı müvafiq orqanlara sorğu göndərmişik. Çünki bununla təkcə statistika komitəsi məğul olmur, həm də Daxili İşlər Nazirliyi və digər qurumlar da araşdırma aparırlar. Əlimizdə dəqiq statistika olmadığından bu barədə heç nə deyə bilmərik. Belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görülməsi, analizlərin aparılması mümkün deyil”.

BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:864
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Fevral 2026 04:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri