Dublində 5 mindən çox polis Aİ sammitlərinin təhlükəsizliyini təmin edəcək
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrlandiya polisinin 5 mindən çox əməkdaşı Dublində Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi sammiti və Avropa Siyasi İcmasının görüşü zamanı təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq.
Moderator.az RTE-yə istinadən xəbər verir ki, tədbirlər noyabrın 12-13-də təxminən 50 ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Görüşlərin keçirildiyi günlərdə Dublin küçələrində hər gün təxminən min hüquq-mühafizə orqanı əməkdaşı, o cümlədən ictimai asayişin mühafizəsi bölmələrinin 500 əməkdaşı və silahlı dəstək və çevik reaksiya qrupları da daxil olmaqla, taktiki bölmələrdən 500 silahlı polis növbə çəkəcək.
Bundan əlavə, İrlandiya polisi dronların icazəsiz və potensial təhlükəli uçuşlarının qarşısını almaq üçün pilotsuz uçuş aparatlarına qarşı müasir mübarizə sistemi alıb.
Sammitlərin keçirilməsi ilə əlaqədar noyabrın 11-i səhər saatlarından noyabrın 14-dək Dublinin hava məkanında genişmiqyaslı məhdudiyyətlər qüvvədə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Noyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















