Icma.az
close
up
RU
Azərbaycandakı yəhudi ittihamlara belə cavab verdi

Azərbaycandakı yəhudi ittihamlara belə cavab verdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları birgə açıqlama yayıb.

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

“Dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacib göstəricilərindəndir. Bu dövlət siyasətinin yaratdığı əlverişli şəraitdə Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət olunması prinsipləri əsasında həyata keçirirlər.

Bu günlərdə özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim edən quruma məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən, maliyyə məsələləri ilə bağlı həqiqəti əks etdirməyən məlumatın yayılması təəssüf doğurur.

Birmənalı şəkildə qeyd edirik ki, ayrılan vəsaitlərin istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır”, - məlumatda qeyd edilir.

Bildirilir ki, hər hansı media qurumunun yəhudi dini icmasının adından çıxış etməsi, onun mövqeyini icmanın özünün rəsmi mövqeyinə istinad etmədən təqdim etməsi və ya icma adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi qəbuledilməzdir və media fəaliyyətinin əsas prinsipləri ilə ziddiyyət təşkil edən yolverilməz yanaşmadır: “Bir daha qeyd edirik ki, Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı özünün  informasiya resursu olaraq qəbul etmir, onu bu və ya digər formada dəstəkləmir, həmin resursda dərc ediləm fikirlərin icmaların mövqeyini əks etdirmədiyini bildirirlər.

Yəhudi dini icmaları bundan sonra da fəaliyyətləri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə əlaqədar mövqelərini birbaşa açıqlamağa hazırdırlar”.

Birgə açıqlamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski və Sefarad Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Avqust 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri