Icma.az
close
up
RU
Azərbaycandan Avropaya “yaşıl enerji” ixrac ediləcək

Azərbaycandan Avropaya “yaşıl enerji” ixrac ediləcək

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər və geniş tərkibdə görüş keçirilib. 

Tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri dövlət başçıları tərəfindən xüsusi vurğulanmışdır".

"Cebheinfo.az" xəbər verir ki, bunun iqtisadçi-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşündə dövlət başçımızın da qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub:

"Slovakiyanın da üzv olduğu Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. 

Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dördə biri ittifaqa üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir". 

Deputat qeyd edib ki, Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir:

"Slovakiya Azərbaycan qazını idxal edən 12 Avropa dövlətləri sırasındadır. Azərbaycan son 5 ildə Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. 

Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Yeni mərhələdə Azərbaycan öz “yaşıl enerji”sini də Avropa bazarına çıxaracaq. 

Gürcüstan ərazisi və Qara dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər.

Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq. Azərbaycan həmçinin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. 

Regional nəqliyyat dəhlizlərinin genişlənməsi və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi ilə daha asan çıxış imkanları əldə edəcək.

Bütövlükdə, bu səfər Azərbaycan ilə Slovakiya arasındakı iqtisadi münasibətlərin daha da dərinləşməsinə imkan yaradacaq. Regiondakı yeni düzən əməkdaşlıq üçün mühim imkanlar yaratmaqdadır". 

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri