Icma.az
close
up
RU
Azərbaycandan Avropaya “yaşıl” körpü

Azərbaycandan Avropaya “yaşıl” körpü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qara dəniz sualtı kabel layihəsi üzrə birgə müəssisə yaradılıb

Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini enerji siyasəti təşkil edir. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib.

Bunun nəticəsi olaraq zəngin enerji mənbələrinə sahib olan ölkəmiz iqtisadiyyat və geosiyasi baxımdan önəmli mövqedədir. Öz daxili enerji təhlükəsizliyini təmin etməklə yanaşı, digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində də önəmli rol oynayır.Bu sahədə neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə Azərbaycan Qərbdə etibarlı müttəfiq kimi tanınıb.

Son illər isə ölkəmiz Avropa İttifaqı (Aİ) ilə “yaşıl” enerji sahəsində də fəal əməkdaşlıq edir. Külək, günəş, bioyanacaq kimi bərpaolunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatında və qlobal istiləşmənin qarşısının alınmasıda rol oynayır. Bu baxımdan Qərb yeni enerji dəhlizlərinin açılmasında maraqlıdır. Qara dənizin dibi ilə sualtı kabelin çəkilişi də bu məqsədə xidmət edir. Bugünlərdə Rumıniyanın paytaxtı Buxarestdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürmə sistemləri operatorlarının iştirakı ilə Qara dəniz enerji sualtı kabeli layihəsinin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company”nin yaradılması prosesi uğurla tamamlanıb. Bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, birgə müəssisə “yaşıl” enerji dəhlizinin tədqiqat və layihələndirmə fəaliyyətləri ilə məşğul olacaq. Onun fəaliyyəti dəhlizdə quraşdırılacaq optik lifli rabitə kabelini də əhatə edəcək. Məlum olub ki, Qara dənizin sualtı ilə elektrik kabelinin tikintisi 2030-cu ildə başa çatacaq.

Dəhliz istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Rumıniyanı birbaşa birləşdirməklə Cənubi Qafqaz və Cənubi–Şərqi Avropanın elektrik enerjisi sistemlərini əlaqələndirəcək. Layihə milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, Qara dəniz bölgəsinin əlaqələndirilməsinə, enerji resurslarının təchizat mənbələrinin şaxələndirilməsinə xidmət edəcək. Eyni zamanda, bərpaolunan enerjinin istehsal potensialının artırılmasına kömək edəcək.

Bu layihə regional enerji imkanlarını birləşdirərək, bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalını rəqabətli qiymətlə təmin etməyə imkan verəcək. “Yaşıl” enerjini Rumıniya və Macarıstan ərazisindən Aİ məkanına gətirməklə layihə “köhnə qitə”nin enerji təchizatının təhlükəsizliyini gücləndirəcək.

Azərbaycan layihədə həm “yaşıl” enerji ixrac edən, həm də tranzit ölkə olacaq. Energetika naziri Pərviz Şahbazov bununla bağlı deyib ki, Azərbaycanda “yaşıl” enerjinin inkişafı əsas prioritetlərdən biri kimi müəyyən olunub və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edilir.

Qeyd edək ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min meqavatdır, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Hazırda 28 giqavat gücündə bərpaolunan enerji potensialının reallaşdırılması üzərində çalışılır. Əvvəlcə strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisinin istehsalı planlaşdırır. 2037-ci ilə qədər isə ən azı 6 qiqavatlıq əlavə güc yaradılacaq. Onun da 80 faizi ixrac olunacaq.

İxracın həyata keçiriləcəyi marşrutlardan biri “Xəzər–Qara dəniz–Avropa”dır (Qara dəniz enerji sualtı kabeli onun bir hissəsidir). Layihənin unikallığı ondan ibarətdir ki, dəhliz bərpaolunan enerji sistemində regionları əlaqələndirməklə Avropaya “yaşıl” enerjini Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən təmin edəcək.

Mərkəzi Asiyanın “yaşıl” enerjisi isə Azərbaycandan keçməklə nəql olunacaq. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar.

Bəs Özbəkistan və Qazaxıstanın “yaşıl” enerji potensialı necə qiymətləndirilir? Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Bu ölkədə “yaşıl” enerji istehsalı ilə əlaqədar 20-yə yaxın layihə icra olunur. Bunlar istehsal gücü 3977 meqavat günəş və 3100 meqavat külək elektrik stansiyalarıdır. Layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Hökumətin yaşıl enerjinin inkişafı proqramına əsasən 2026-cı ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8 min meqavat gücü olan günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istismara veriləcək. Bununla yanaşı, elektrik təchizatının on illik planına əsasən, 2030-cu ilə qədər 5 QVt günəş enerjisi, 1,9 QVt hidroenerji və 3 QVt-a qədər külək enerjisini əhatə edəcək əlavə enerji güclərinin yaradılması nəzərdə tutulur. 2030-cu ilə qədər “yaşıl” enerjinin payı ümumi elektrik enerjisi istehsalında 40 faizə çatdırılacaq.

Qazaxıstan isə bərpaolunan enerji mənbələrinin inkişafı üzrə hüquqi bazanın yaradılması sahəsində MDB ölkələri arasında aparıcı yerlərdən birini tutur. Ölkə 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını ü mumi enerji istehsalında 15 faizə çatdırmağı hədəfləyir. 2050-ci ildə isə “yaşıl” enerjinin payı ümumi enerjidə 50 faizə çatdırılacaq. Deməli, Özbəkistan və Qazaxıstanın ixrac etmək üçün kifayət qədər “yaşıl” enerji ehtiyatı olacaq. Azərbaycanda isə güclü infrastruktur var.

...Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq hər 3 respublikanın maraqlarına xidmət edir. Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirir, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdırır. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Həmçinin bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyaları artıracaq. Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanlarını genişləndirəcək. Yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək.

Beləliklə, Qara dəniz enerji sualtı kabelinin çəkilişi, ölkəmizin Qazaxıstan və Özbəkistanla əməkdaşlığı Azərbaycanın tranzit imkanlarını genişləndirmək və “yaşıl” texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Həm də onun ixrac imkanlarını genişləndirir. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır.

Gürcüstan–Azərbaycan əməkdaşlığı genişlənir. Bu, Qafqazda sülhə, təhlükəsizliyə yol açır. Hər iki xalqın rifahına xidmət edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri