Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Azərbaycandan Avropaya yaşıl enerji ixracı

Azərbaycandan Avropaya yaşıl enerji ixracı

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu gün dünyanın qlobal enerji landşaftı sürətlə dəyişməkdədir. Dekarbonizasiya və ya aşağı karbonlu gələcəyə doğru irəliləmə, bərpaolunan enerji strategiyasına keçid dünyanın enerji fəlsəfəsində köklü dönüşdür. Bu isə o deməkdir ki, enerji keçidi artıq sadəcə ekoloji zərurət deyil, həm də total iqtisadi transformasiyadır. Ona görə də çevik enerji diplomatiyasını uğurla davam etdirən Azərbaycanın enerji siyasəti bu gün təkcə qaz hasilatının artırılması, ixrac marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, həm də bərpaolunan enerji resurslarının artırılması, "yaşıl iqtisadiyyata"a keçid istiqamətində məqsədyönlü layihələrin həyata keçirilməsinə hədəflənib.
Qlobal geosiyasi çağırışlar, iqlim dəyişiklikləri və iqtisadi böhran fonunda enerji təhlükəsizliyinin təmin olunması, enerji balansının şaxələndirilməsi, "təmiz ətraf mühit və yaşıl artım" anlayışı Azərbaycan üçün əsas prioritetlərə çevrilir. Eləcə də bərpa olunan enerji mənbələrinin inteqrasiya edilməsi "Azərbaycan-2030" strategiyasında təsbit olunmuş prioritetdir. Azərbaycan ənənəvi karbohidrogen (neft-qaz) sənayesinin potensialından istifadəni davam etdirməklə yanaşı, bərpa olunan enerji istehsalını getdikcə artırır. Bərpaolunan enerjiyə keçid siyasəti Azərbaycanın əsas strateji hədəfi, yeni enerji strategiyası kimi ölkəmizdə mövcud olan günəş, külək, geotermal, hidroelektrik və s. enerji növləri də daxil olmaqla bütün enerji mənbələrindən səmərəli istifadə olunmasına xidmət edir. Bu strategiya çərçivəsində Enerji Səmərəliliyi Fondu ətraf mühitə təsirin azaldılması və enerji sektorunun səmərəliliyinin artırılmasını hədəfləyən müxtəlif layihələr həyata keçirəcək.
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin SOCAR ilə birgə inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası da sözügedən meqa-layihələrdən biridir. Ötən gün “Gülüstan” sarayında keçirilən bu stansiyanın rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin enerji potensialını gücləndirəcək belə bir stansiyanın fəaliyyətə başlamasını haqlı olaraq çox önəmli hadisə kimi dəyərləndirdi və 240 meqavat gücündə olan stansiyanın ölkəmizin ümumi inkişafına töhfə verəcəyinə öz əminliyini bildirdi.
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyası olduğunu, ancaq sonuncu olmadığını vurğulayan dövlətimizin başçısı sözügedən şirkətin daha böyük planlarının mövcud olduğunu və Azərbaycan dövlətinin də bu planları tam olaraq dəstəklədiyini bildirdi. Həmçinin o da qeyd olundu ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır.
Azərbaycanın yaşıl enerji tarixində mühüm hadisə sayılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının qısa zaman ərzində inşa edilərək fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlıq və sərmayə qoyuluşu baxımından xarici şirkətlər üçün həqiqətən də böyük potensiala və cəlbediciliyə malikdir. Çünki Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi Azərbaycanın həm quruda, həm də Xəzər dənişində çox böyük bərpaolunan enerji potensialı var.
Regional və qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınan və həm ənənəvi, həm də alternativ enerji sahəsində kifayət qədər böyük potensiala malik olan Azərbaycan bu gün Avropa İttifaqının (Aİ) və qitə ölkələrinin etibarlı neft və qaz təchizatçısı olmaqla yanaşı, həm də diversifikasiya olunmuş enerji potensialına, alternativ enerji mənbələrinə sahibdir. Yəni ki, neft və qazla yanaşı, həmçinin böyük ölçüdə günəş, külək və hidroenerji resurslarımız mövcuddur. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. Hal-hazırda ölkəmizdə 3 "yaşıl enerji" zonası mövcuddur və eyni zamanda, 3 "yaşıl enerji" dəhlizi formalaşdırılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını təmin edəcək.
Bərpaolunan enerji mənbələrinin çoxluğu xarici şirkətləri Azərbaycanda bu sahəyə investisiya qoymağa sövq edir. Məhz Azərbaycanın BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanın “ACWA-Power” şirkətləri ilə əməkdaşlığı nəticəsində ölkəmizdə bərpaolunan enerji stansiyaların fəaliyyətə başlaması təmin olunub. Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası yenidən qurulur, fəal surətdə inkişaf etdirilir. Hazırda orada ümumi gücü 270 MVt olan 32 stansiya fəaliyyət göstərir və 500 MVt-a qədər genişləndirilməsi planlaşdırılır. Eləcə də Böyük Britaniyanın "bp" şirkətinin investisiyası ilə 240 MVt-lıq elektrik enerjisi istehsal edə biləcək “Şəfəq” Günəş Elektrik Stansiyasının Cəbrayılda təməli qoyulub və 2027-ci ilin sonuna kimi stansiya təhvil veriləcək.
Ümumiyyətlə, Azərbaycanın 2030-cu ilə kimi hədəfi elektrik istehsalında bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Naxçıvan və Şərqi Zəngəzur "yaşıl zona" elan edilib. Növbəti böyük stansiyaların açılışı Naxçıvanda, Biləsuvarda, Neftçalada, habelə işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Cənab Prezident tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycanın coğrafi vəziyyəti bərpaolunan enerji mənbələri üçün olduqca əlverişlidir: "Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm".
Bütün bunlar istər xarici, istərsə də yerli sərmayəçilər üçün olduqca geniş perspektivlər açır. Eyni zamanda, ölkəmizdə gözəl investisiya iqlimi vardır. Prezident İlham Əliyev də məhz bu amilə əsaslanaraq xarici və yerli şirkətlərini həm bərpaolunan enerji istehsalı sahəsində, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələr üzrə əməkdaşlığa dəvət etdi: "Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də".
Enerji nəqli, enerji təhlükəsizliyi sahəsində ölkəmizin çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərdiyini, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazandığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın etibarlı dövlət olduğunu və sözümüzün imzamız qədər dəyərliliyini, qanuniliyini xüsusi olaraq diqqətə çatdırdı. Xarici və yerli investorlara "Azərbaycana sərmayə qoyun",- deyə xitab edən Cənab Prezident dövlətimizin xarici sərmayələri daim qoruduğunu da ayrıca qeyd etdi: "Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir".
Bütövlükdə enerji sisteminin müasirləşdirilməsini, şaxələndirilməsini və inkişafını əsas prioritetlərdən biri kimi qəbul edən Azərbaycan beynəlxalq enerji əməkdaşlığında mövqelərini gündən-günə möhkəmləndirir, enerji əməkdaşlığının coğrafiyasını daha da genişləndirir. Qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi tanınmağımız ölkəmizin yeni ixrac bazarlarına çıxışı üçün əlverişli zəmin yaradır. Azərbaycanın bərpaolunan enerji istehsalını getdikcə artırması qlobal enerji keçidi sahəsində hamı üçün müsbət nümunə olacaq.
Əlisahib Hüseynov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri