Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycandan Avropaya yaşıl enerji körpüsü

Azərbaycandan Avropaya yaşıl enerji körpüsü

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Aprelin 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb.

Cənub Qaz Dəhlizi layihəsini Azərbaycanın enerji diplomatiyasının ən uğurlu layihələrindən biri olduğunu vurğulayan Milli Məclisin deputatı Cavanşir Feyziyev bu barədə açıqlamasında bildirib ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib.

Enerji təhlükəsizliyini həm də milli təhlükəsizlik hesab edən deputatın sözlərinə görə, Azərbaycanın yaşıl enerji sahəsində, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirdiyi bu əhəmiyyətli tədbirlər ölkəmizin qlobal və regional enerji bazarında artan rolunu bir daha təsdiq etməkdədir. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjisi ixracının Azərbaycanın enerji istehsalında yeni dönəmin başlanğıcı olduğunu diqqətə çatdıran millət vəkili Cavanşir Feyziyev qeyd edib ki, dövlət başçısının mahir diplomatiyası ilə həyata keçirilən bu layihələr ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb.

O xatırladıb ki, enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən, texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həm də geniş beynəlxalq əməkdaşlıq tələb edən Cənub Qaz Dəhlizi layihəsinin təməli Bakı yaxınlığındakı Səngəçal terminalında 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyində qoyulub. Növbəti ilin əvvəlindən isə ildə birinci dəfə Bakıda toplaşan Məşvərət Şurası görülən və görüləcək işlərin müzakirə edildiyi platformaya çevrilib.

Cənub Qaz Dəhlizi" bir-birinə bağlanan üç kəməri - genişləndirilmiş CQBK-nı (Cənubi Qafqaz Boru Kəməri), TANAP-ı (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ı (Trans-Adriatik Qaz Boru Kəməri) birləşdirən 3500 kilometrlik ixrac xəttidir. 2018-ci ilin may ayından istifadəyə verilib. Həmin ilin iyun ayından Azərbaycan qazı TANAP-la Türkiyəyə, 2020-ci ilin son günündən isə TAP-la Avropaya çatdırılıb. Hazırda Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" ilə 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya nəql edilir.

Avropaya Azərbaycanın qaz təchizatının coğrafiyası günü-gündən genişlənir. Ötən müddət ərzində Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin özülündə, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Layihə getdikcə yeni interkonnektorlar vasitəsilə şaxələnir.

Deputat bildirib ki, “Cənub Qaz Dəhlizi”nin nailiyyətlərində Məşvərət Şurasının böyük rolu var. Artıq mütəmadi olaraq 11 dəfədir ki, dövlət başçısının Məşvərət Şurasının iclasında iştirak və çıxış etməsi bu tədbirin nə qədər önəmli olduğunun göstəricisidir. Çıxışında "Azəri-Çıraq-Günəşli", "Abşeron" və "Şahdəniz" yataqlarının bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edən dövlətimizin başçısı xüsusilə vurğulayıb ki: "Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq ki, onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş bu kimi işlərin nəticəsidir".

Məşvərət Şurasının bu dəfəki toplantısı “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla öz işini davam etdirib. Cavanşir Feyziyev əlavə edib ki, Məşvərət Şurası çərçivəsində həm də Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.

Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biri kimi "Cənub Qaz Dəhlizi"nin eyni zamanda enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu qeyd edən Cavanşir Feyziyev xüsusilə vurğulayıb ki, ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlətimizin başçısı tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin ümumi həcmində bu enerji payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Azərbaycanın enerji siyasətinin növbəti reallığı "yaşıl enerji"nin inkişafı ilə bağlıdır. Ölkəmiz bu sahədə də ön sıralardadır. Artıq bir neçə layihəyə uğurlu start verilib. Ötən müddət ərzində Birləşmiş Ərəb Əmirliklərinin " Masdar" şirkətilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyası müvəffəqiyyətlə istismara qəbul olunub. Ölkəmizin geniş bir ərazisi - işğaldan azad olunmuş bölgələrimiz dövlət başçısı tərəfindən "yaşıl enerji" zonası elan edilib. Bərpaolunan enerji mənbələri ilə zəngin olan Naxçıvan da həmçinin "yaşıl enerji" zonası elan edilib və burada bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində üç günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb. Deputat bildirib ki, Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycanda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi, Azərbaycan hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycanda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsi, Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsinin yaxın gələcəkdə praktiki cəhətdən həllini tapması ilə nəticəsində ümumilikdə illik 268 milyon kVt-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 milyon kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

“Azərbaycan Avropaya "yaşıl enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq", - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri