Azərbaycandan İspaniya iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 dəfədən çox artıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
2025-ci ilin I rübündə Azərbaycandan İspaniya iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların məbləği 20 milyon 896 min ABŞ dolları təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə və ya 12.9 milyon ABŞ dolları artıb.
Qeyd edək ki, hesabat dövründə İspaniyadan Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların miqdarı 1 milyon 80 min ABŞ dolları olub.
Xatırladaq ki, bu ilin I rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 315 milyon 116 min ABŞ dolları, Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların məbləği isə 1 milyard 519 milyon ABŞ dolları təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















