Azərbaycandan mənə yalnız müsbət emosiyalar qalıb Neftçi nin sabiq futbolçusu
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi"nin sabiq futbolçusu Kiril Petrov Bakı Azərbaycanda oynadığı dövrü xatırlayıb.
QOL.az xəbər verir ki, 2017-2019-cu illərdə paytaxt klubunun formasını geyinən 34 yaşlı hücumçu bu barədə ukrfootball.ua saytına müsahibəsində danışıb. O söyləyib:
"Deyə bilərəm ki, Azərbaycanda bu qədər vaxt keçidiyim üçün şadam. Avropa Liqasında oynadım. "Qarabağ"a cəmi 1 dəfə uduzmuşduq. Orada yaxşı dostlar qazandım. Azərbaycan yaxşı ölkədir. Bakı və insanları gözəldir. Azərbaycandan mənə yalnız müsbət emosiyalar qalıb".
K.Petrov komanda yoldaşları arasında yaxşı münasibətin olduğunu bildirib: "Komandada hamı mehriban idi. Uzaq ölkələrdən gələn legionerlər də vardı. Bir-birimizi yaxşı başa düşməsək də, zarafatlaşmaq üçün dil tapırdıq. Bəzən asudə vaxtlarımızı birlikdə keçirirdik. Bizi komanda ziyafətlərinə toplayan italyan məşqçimiz var idi. Bir bokal pivə və ya bir qədəh şərab içməyə icazə verirdilər. Amma müsəlmanlara icazə verilmədiyi üçün biz onlarla fərqli masalarda əyləşirdik. Birlikdə işlədiyim ən yaxşı məşqçi isə Roberto Bordindir. "Neftçi"də onun baş məşqçiliyi altında oynamışam".
Baxış sayı:79
Bu xəbər 06 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















