Icma.az
close
up
RU
Azərbaycandan qəti mövqe: “Bu tələb yerinə yetirilmədən sülh müqaviləsi imzalanmayacaq”

Azərbaycandan qəti mövqe: “Bu tələb yerinə yetirilmədən sülh müqaviləsi imzalanmayacaq”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı verdiyi açıqlamalar bir sıra mühüm geosiyasi və hüquqi aspektləri gündəmə gətirib. 

Xüsusilə də Ermənistanla münasibətlərin gələcək taleyi, sülh müqaviləsinin imzalanması prosesinin niyə bu qədər uzandığı və əsas maneələrin nədən ibarət olduğu ictimai və siyasi diskussiyalarda yeni mərhələyə keçidi göstərir. Prezidentin çıxışında konstitusiyaya dəyişiklik başda olmaqla Ermənistanın öhdəliklərdən yayınması, ATƏT-in Minsk qrupunun formal ləğvi, işğalda qalan Azərbaycan kəndləri və təzminat kimi vacib detallara toxunulması bu istiqamətdə Azərbaycanın mövqeyinin nə qədər prinsipial və ardıcıl olduğunu bir daha təsdiqlədi. 

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Macarıstana səfəri zamanı çıxışında bir sıra önəmli məsələlərə toxundu və bu məsələlər arasında Azərbaycan-Ermənistan münasibətləri də xüsusi yer tutdu. Ermənistan təxminən 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxladı. Həmin dövrdə problemin beynəlxalq platformada, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həll olunacağına ümid vardı. 

Lakin təəssüf ki, bu vasitəçilik missiyası tamamilə fəaliyyətsiz və nəticəsiz oldu. Faktiki olaraq, Minsk qrupu məsuliyyətsiz və cinayətkarcasına passivlik nümayiş etdirərək münaqişənin daha da uzanmasına şərait yaratdı".

 Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəlili Arzuxan Əlizadə deyib. O bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yanaşmanın arxasındakı məqsəd işğal faktını zamanla unutdurmaq və həmin ərazilərin Ermənistanın xeyrinə rəsmiləşdirilməsinə nail olmaq idi: 

"Bu, vasitəçilik adı altında aparılan oyun idi. Lakin Azərbaycan xalqının güclü siyasi iradəsi bu planı puç etdi. Nəticə etibarilə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz gücü, qətiyyəti və birliyi ilə tarixi qələbə qazandı, problemi öz gücü ilə həll etdi. Dövlət başçısı bildirdi ki, müharibədən dərhal sonra Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması və imzalanması təşəbbüsü ilə çıxış edib. Həmin müqavilənin mətni də beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanaraq hazırlanaraq Ermənistan tərəfinə təqdim olunub. Bu prinsiplər çərçivəsində irəli sürülmüş təkliflərdən Ermənistan geri çəkilə bilməz. 

Amma reallıq odur ki, artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb. Bu da çox ciddi səbəblərdən qaynaqlanır. Ən başlıca səbəb Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, əgər bu iddialar qanunvericilik səviyyəsində ləğv edilməsə, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. 

Bu, həm hüquqi, həm də siyasi baxımdan məntiqli və beynəlxalq hüquqa uyğun mövqedir. Axı ərazi iddialarını konstitusiyasında saxlayan bir dövlətlə necə sülh müqaviləsi imzalamaq olar? Prezident onu da vurğuladı ki, faktiki olaraq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupu de-fakto deyil və artıq de-yure şəkildə də ləğv edilməlidir. 

Bunun üçün həm Azərbaycan, həm də Ermənistan tərəfinin rəsmi müraciəti tələb olunur. Ermənistan bu məsələdə də öz mövqeyini ortaya qoymalıdır." 

Millət vəkili bildirib ki, Azərbaycanın digər haqlı tələbləri də var. 

Məsələn, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklər hələ də yerinə yetirilməyib: 

"Eyni zamanda, Qazax rayonunun 3, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalı altındadır və bu ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Prezident, həmçinin vurğuladı ki, Qərbi Azərbaycandan sürgün olunmuş və doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın geri qayıtmaq hüququ tanınmalıdır. Bu, beynəlxalq hüquqa və ədalət prinsiplərinə tam uyğundur. 

Azərbaycanın tələbləri arasında Ermənistanın işğal dövründə ölkəyə vurduğu 100 milyardlarla ölçülən ziyanın təzminatının ödənilməsi də var. Əgər bu məsələlər öz həllini tapmasa, sülh müqaviləsindən danışmaq mümkün olmayacaq.

Sonda Prezident İlham Əliyev Azərbaycanın əsas və prioritet tələbini bir daha vurğuladı: Ermənistan Konstitusiyasından Azərbaycana və qardaş Türkiyəyə qarşı olan ərazi iddiaları tam şəkildə çıxarılmalıdır. Bu, Azərbaycan üçün bir nömrəli tələbdir və bu tələb yerinə yetirilmədən sülh müqaviləsinin imzalanması qeyri-mümkündür". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev Minsk qrupu Macarıstana səfər Arzuxan Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri