Icma.az
close
up
RU
Bu gün sülh müqaviləsi imzalanmayacaq ABŞ nin keçmiş səfiri

Bu gün sülh müqaviləsi imzalanmayacaq ABŞ nin keçmiş səfiri

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ prezidentinin kimliyindən asılı olmayaraq, Qarabağ sülh prosesində iştirakı və sülh müqaviləsinin yekunlaşması üçün rolu çox vacibdir. Çünki Ermənistan və Azərbaycan liderləri cəsarətləndirilməyə, eləcə də dünyanın ən güclü liderindən siyasi dəstək və himayəyə ehtiyac duyurlar ki, sülh müqaviləsi üçün lazım olan çətin kompromisləri yekunlaşdıra bilsinlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan və Ermənistan arasında imzalanacaq olan sülh prosesindən danışarkən bildirdi.

"Ümid edirəm ki, hazırda prezident Trampla bu istiqamətdə irəliləyiş əldə edərik. Prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə görüşəcəklər. Məncə, bu gün sülh müqaviləsi imzalanmayacaq. Amma onun yerinə, həm Baş nazir Paşinyanın, həm də İlham Əliyevin atmağa hazır olduqları, atmaq istədikləri konkret addımları müəyyən edən “çərçivə sazişi” imzalanacaq. Bu sənəd sülh müqaviləsinin imzalanmasına doğru atılan mühüm addım olacaq.

Heç kim dəqiq bilmir ki, sülh müqaviləsi nə vaxt imzalanacaq, lakin çərçivə sazişi çox vacibdir. Bildiyiniz kimi, bu ilin mart ayında İlham Əliyev və Paşinyan sülh müqaviləsinin yekun mətninə dair razılığa gəliblər. İndi əsas məsələ, Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsini tələb etməsidir. Bu dəyişiklik Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıq şəkildə bəyan etməli və Ermənistan konstitusiyasında olan qeyri-müəyyənliyi aradan qaldırmalıdır. Bu proses çox çətin olacaq və baş nazir Paşinyanın Ermənistan daxilində siyasi mübarizədə uğur qazanmasını tələb edir".

Müsahibimiz qeyd etdi ki, Trampın Paşinyana bu prosesdə güclü dəstək verməsi, Vaşinqtondakı görüşdən gözlənilən əsas nəticələrdən biridir.

"Qeyd etmək lazımdır ki, bu, hələ sülh müqaviləsi deyil, yalnız liderlərə müqaviləni yekunlaşdırmaq üçün yardım edəcək çərçivə sazişdir. Eyni zamanda, prezident Trampla Prezident İlham Əliyev arasında, həmçinin Trampla Paşinyan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanması gözlənilir. Bu sazişlər iki ölkə arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əlaqələri gücləndirəcək.

907-ci maddənin ləğv olunması barədə də danışılır. Prezident Trampın respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Konqresini bu maddəni tamamilə ləğv etməyə çağıracağı gözlənilir.

Son olaraq, Zəngəzur dəhlizi ilə bağlı da razılıq əldə ediləcəyi bildirilir. ABŞ-ın logistika şirkəti bu dəhlizi Ermənistan ərazisində işlədəcək. Lakin bunlar hələlik şayiələrdir və Vaşinqtondan gələn məlumatlara əsaslanır. Gələcəkdə nə olacağı isə hələ bilinmir.

Bütün bunlar isə Qarabağ münaqişəsi ilə bağlı 25 ildən artıq müddətdə yaşadığım ən nikbin anlardır. Ümid edirəm ki, bu gün baş verənlər yekun sülh müqaviləsinə gətirib çıxaracaq. Əgər çərçivə sazişi düzgün hazırlanarsa, sülh müqaviləsinin yekunlaşmasına zəmin yarada bilər", - deyə keçmiş səfir yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri