Icma.az
close
up
RU
Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Son dövrlərdə Azərbaycan çayının ixracında azalma müşahidə edilib. Məsələn, 2023-cü ildə Azərbaycandan 731 ton çay ixrac edilib. Bu, həcmdə çayın dəyəri 6 milyon 605 min ABŞ dolları olub. Ancaq 2022-ci illə müqayisədə həcm baxımından 1 048 ton (2,4 dəfə), dəyər baxımından isə 4 milyon 911 min ABŞ dolları (1,7 dəfə) azdır. 2025-ci ildə isə 725 ton çay ixrac edilib. Ötən il ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,03 %-ni təşkil edib.
Qeyd edək ki, Ukrayna  Azərbaycan çayının ixrac olunduğu əsas bazarlardan biridir.
Dadı və keyfiyyəti ilə seçilən Azərbaycan çayları qonşu ölkələrdə, xüsusilə, Rusiya və Türkiyədə də çox sevilir. Amma bu ölkələrin vətəndaşları yalnız ölkəmizə gəldikdə çayımızı əldə edə bilirlər.
Niyə görə qonşu ölkələrə çayımız bu qədər az və ya heç ixrac edilmir?  Azərbaycan çayı niyə dünyaya tanıdılmır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda yerli çay istehsalı çox aşağıdır:
“Azərbaycanda çay az istehsal olunduğuna görə ixracatı da aşağıdır. Bizdə yerli çay adı altında bazarlarda Şri-Lankadan, Seylondan gətirilən və burada qablaşdırılan çaylar satılır. Bazardakı çayın təqribən 90%-i belədir. Azərbaycan daha çox enerji məhsulları istehsal edir. Amma qeyri-neft sektorunda ixracat, əsasən, kənd təsərrüfatı məhsullarındadır ki, o da daha çox Rusiyaya ixrac olunur”.
Bəs buna səbəb nədir? Niyə görə Azərbaycanda yerli çay bu qədər az istehsal olunur ki, xaricə də ixrac edilmir?
İqtisadçı deyib ki, Azərbaycanda o qədər çay kolu yoxdur.Çay istehsal etmək üçün çay kolları lazımdır ki, bunlar cənub bölgəsində, Astara, Lənkəran zonasında bitir:
“Çay kollarının əkilib ərsəyə gəlməsi üçün də 5-6 il vaxt lazımdır. Lakin Azərbaycanda belə uzunmüddətli investisiya edən çox azdır. Əgər fermer bir kolu əkib 6 il gözləsə, dolana bilməyəcək. Bu iş üçün böyük bir investisiya dəstəyi, faizsiz kreditlər lazımdır. Ona görə də, bizdə çay kolları çox azdır”.
Qeyd edək ki, 2025-ci ilin son rübünə dair statistika göstərir ki, Azərbaycandan xarici ölkələrə ən çox ixrac olunan qida məhsulları kartof, tomat, xurma, alma, meşə fındığı, nar və şəkər olub”.
Fatimə Əliyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Fevral 2026 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri