Icma.az
close
up
RU
“Azərbaycanı heç kim buna görə qınaya, təhdid dili ilə danışa bilməz” Deputat

“Azərbaycanı heç kim buna görə qınaya, təhdid dili ilə danışa bilməz” Deputat

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması dövlətin əsas prioritetlərindəndir. Bu sahədə müxtəlif addımlar atıb, mühüm nəticələr əldə edib. Həyata keçirilən islahatlar və tədbirlər ölkənin demokratik inkişafına və vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir.

Proseslər necə həyata keçirilir?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir.

Onun fikrincə, demokratiyanın son nöqtəsi yoxdur:

“Azərbaycan prosesin mühüm tərkib hissəsidir. Burada ən vacib göstəricilərindən biri insan hüquqlarının müdafiəsi, fikir plüralizmi ilə bağlıdır. Ölkəmiz bu sahədə həm demokratik inkişaf yolunu seçmiş dövlət olaraq öz qanunvericiliyinə müvafiq şəkildə, həm də Beynəlxalq Birliyin üzvü kimi üzərimizə düşən vəzifələri həyata keçirir. Qeyd edim ki, bir çox hallarda insan hüquq və azadlıqları ilə bağlı məsələ bəzi beynəlxalq güclərin ayrı-ayrı dövlətlərə təzyiq elementi kimi səciyyələnir. Yəni bir dövlətin yeritdiyi müstəqil siyasət daha böyük oyunçunun xoşuna gəlmədikdə ona necə təsir etməyi, hansı üsul və mexanizmlərdən bəhrələnməni düşünürlər. Belə halda ən sürətli şəkildə yada düşən isə nədənsə insan hüquq və azadlıqları ilə bağlı məsələlər olur. Bu kontekstdə təziqlər edirlər. Azərbaycan bunun dəfələrlə şahidi olub. Bizi gözü götürməyənlər Azərbaycanda siyasi məhbus və sair kimi məsələləri qabardırlar. Amma ölkəmizi heç kim siyasi baxışına, siyasi mövqeyinə, siyasi davranışına görə hüquqi məsuliyyətə cəlb etməyib, edə də bilməz! Burada konkret cinayət tərkibli əməllər olur və buna görə həbs olunurlar. Sonra da həmin adamdan süni şəkildə siyasi məhbus obrazı formalaşdırır, bu ad altında da bizə və digər dövlətlərə təzyiq göstərirlər”.

Elman Nəsirov

Deputat deyib ki, kimsə bizimlə təzyiq dili ilə danışa bilməz:

“Biz beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətik və istəyirik ki, dövlətlərin bir-birlərinin işinə qarışmama prinsipi hər yerdə işləsin. Azərbaycan bu yolda üzərinə düşən öhdəlikləri yerinə yetirir. Məlum istiqamət üzrə xeyli Qeyri Hökumət Təşkilatlarımız (QHT), Vətəndaş Cəmiyyəti İnstitutumuz var və onlar monitorinqlər keçirirlər. Eyni zamanda Azərbaycana xarici ölkələrdən gələn nümayəndə heyətləri, xüsusilə də Avropa Şurası Parlament Assambleyasından (AŞPA), Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri vaxtilə ölkəmizdə insan hüquqları ilə bağlı monitorinq aparırdılar. Azərbaycandakı xarici ölkələrin səfirliklərində olan müvafiq istiqamətlər üzrə şöbələr var. Onlar da ölkəmizdəki prosesləri izləyir. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz fonunda da Azərbaycan diqqət mərkəzində saxlanılan mövzulardan olub. Bu sahədə ATƏT-lə əməkdaşlığımız mövcuddur. İstənilən seçkilərdə ATƏT-dən gələn nümayəndə heyəti ölkəmizdə olan şəffaflığı diqqətdə saxlayırlar”.

Elman Nəsirovun sözlərinə görə, bir çox hallarda ATƏT-dən olan nümayəndələr də hazır hesabatlarla gəlirlər və Azərbaycanla təzyiq dili ilə danışmağa çalışırlar:

“Bütün bunların hamısı gözümüzün önündə baş verən proseslərdir. Amma dəyişməz bir həqiqət var – Azərbaycan demokratiya yolu ilə gedir. Baxmayaraq ki, demokratiya elə də ideal variant deyil, lakin necə deyərlər, dünya yaxşısını da hələ kəşf etməyib. Biz düz yolla gedirik və üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. 500-600 illik demokratiya təcrübəsi olan dövlətlər bir çox hallarda elə addımlar atırlar ki, əksinə, demokratiyanı gözdən salırlar. Bu, bir həqiqətdir!”

Deputat Bəhruz Məhərrəmov deyib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan quruculuğunun təməlində insan amilini görürdü və bu mənada başlanan hüquqi islahatlar birmənalı şəkildə insan hüquq və azadlıqlarının effektiv təmininə yönəlmişdi:

Bəhruz Məhərrəmov

“Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin hüquq islahatlarının kulminasiya nöqtəsi hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq idi. Eyni zamanda xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmağı konstitusion səviyyədə ali niyyətimiz, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə dövlətimizin ali məqsədi kimi müəyyən etmişdi. Sonrakı dövrdə istər normativ hüquqi bazisin təkmilləşdirilməsi, istər məhkəmə-hüquq islahatları birmənalı şəkildə bu ali niyyət və məqsədlərin səmərəli təmininə hesablanmışdı. Bundan başqa eyni zamanda struktur islahatlar həyata keçirilərək insan haqları və demokratik dəyərlərə tam yeni təminat mexanizmləri formalaşdırmağa nail olmuşdu”.

Deputatın fikrincə, insan haqları və demokratiya heç bir dövlətin milli məsələsi hesab oluna bilməz:

“Bu mənada, dövlətlərin təcrübə mübadiləsi və adıçəkilən sferalarda sağlam əməkdaşlıq qəbul olunan beynəlxalq praktikadır. Azərbaycan da bu baxımdan kifayət qədər korrekt davranıb. Dövlətimiz istər ikitərəfli münasibətlərdə, istər beynəlxalq mexanizmlər çərçivəsində bəşəri dəyərlərin rəhbər tutulduğu çoxsaylı konvensiyalara qoşulmaqla insan hüquq və azadlıqlarının daha etibarlı təmini istiqamətində səylər göstərib. Lakin ötən dövr ərzində biz insan haqları və demokratiya anlayışının, o cümlədən media azadlığı məsələlərinin daha çox imperialist niyyətlər naminə alətə çevrildiyinə, o cümlədən də Azərbaycana qarşı “silah” kimi istifadə edilmə cəhdlərinə şahidlik etdik. Bu isə o deməkdir ki, ən yaxşı demokratiya modeli, o cümlədən insan haqlarının ən effektiv təmini mexanizmi məhz milli səviyyədə müəyyənləşdirilən, konstitusion niyyətlərdə ehtiva olunan sistemlərdir”.

B.Məhərrəmov deyib ki, insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən heç bir təşkilatın çağırış və qətnamələri bir milyondan çox insanın 30 ildən artıq bir müddətdə hüquqlarının pozuntusunda ehtiva olunan işğal və təcavüzün aradan qaldırılması qədər səmərəli nəticə verməyib.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see130

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri