Icma.az
close
up
RU
Qəhvə ömrü uzadır, amma ...

Qəhvə ömrü uzadır, amma ...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəhvənin sağlamlıq üçün faydalı olması və uzunömürlülüyə təsir göstərməsi artıq elmi cəhətdən sübut olunub. Lakin mütəxəssislər bildirirlər ki, bu fayda yalnız səhərlər içilən qəhvəyə aiddir. 
Demokrat.az xəbər verir ki, belə nəticəyə ABŞ-ın Tulane Universiteti və Ürək, Ağciyər və Qan üzrə Milli İnstitutunun alimləri gəlib.
Araşdırmada 40 725 nəfər iştirak edib. Təxminən on il ərzində alimlər iştirakçıların sağlamlıq göstəricilərini və gündəlik vərdişlərini izləyiblər. Məlum olub ki, müntəzəm şəkildə qəhvə içənlərdə ürək-damar xəstəliklərindən ölüm və ümumi ölüm riski daha aşağıdır.
Lakin əsas məsələ – qəhvənin hansı vaxtda içilməsidir. Mütəxəssislər xəbərdarlıq edir ki, günorta və ya axşam saatlarında qəhvə içmək, hətta bu vərdişi gün boyu davam etdirmək, içkinin bütün faydasını azalda və ya tamamilə məhv edə bilər.
Araşdırma nəticəsində müəyyən olunub ki, yalnız səhər saatlarında qəhvə içənlərin ürək-damar xəstəliklərindən ölüm riski 16 faiz, ümumi ölüm göstəricisi isə 31 faiz aşağı olub.
Qəhvə içməyən iştirakçılar (təxminən yarısı) isə nə müsbət, nə də mənfi dəyişiklik müşahidə etməyiblər. Nəticələr digər həyat tərzi amilləri nəzərə alındıqdan sonra da sabit qalıb. Qəhvənin miqdarı fərq yaratmayıb – əsas olan günün vaxtıdır.
Tədqiqatın müəllifi, doktor Lu Kvinin sözlərinə görə, bu nəticələr əvvəlki araşdırmalarla da uyğun gəlir. O, qeyd edir ki, qəhvə təkcə ürək-damar xəstəliklərinin riskini artırmır, əksinə, 2-ci tip diabet kimi xəstəliklərdən də qoruma təsirinə malik ola bilər.
Alimlər hesab edir ki, qəhvənin içilmə vaxtı bədənimizin sirkadiyal ritmləri və hormon tarazlığı ilə əlaqədardır. Əgər qəhvə səhərdən sonra qəbul edilərsə, kofein bu ritmləri və melatonin kimi yuxunu tənzimləyən hormonları poza bilər.
Melatoninin səviyyəsinin azalması və yuxu-oyanma dövrlərinin pozulması oksidləşdirici stressi, yüksək qan təzyiqini və iltihab proseslərini artırır ki, bunlar da ürək-damar xəstəliklərinin əsas risk amilləridir.
Doktor Kvi bildirib: "Bu, qəhvənin qəbul vaxtının sağlamlığa təsirini araşdıran ilk tədqiqatdır. Adətən qəhvənin nə vaxt içilməsinə dair xüsusi tövsiyə vermirik, lakin görünür, gələcəkdə bu barədə düşünməli olacağıq".
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri