Icma.az
close
up
RU
Azərbaycanı sevən və sevdirən qələm sahibi

Azərbaycanı sevən və sevdirən qələm sahibi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Umud Rəhimoğlu – 65

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Mirzəyevi Azərbaycan ictimaiyyəti kifayət qədər yaxşı tanıyır. O həm ölkə daxilində müxtəlif sahələrdəki peşəkar və önəmli fəaliyyəti ilə fərqlənir, həm də rəhbərlik etdiyi təşkilat ölkə hüdudlarından kənarda, ayrı-ayrı beynəlxalq qurumlarda layiqincə təmsil olunur.

Mənim Umud müəllimlə tanışlığımın tarixi ötən əsrin 80-ci illərinə gedib çıxır. O, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib yenicə Bakıya dönmüşdü, “Ədəbiyyat və incəsənət” qəzetində çalışır, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin ictimai işlərində yaxından iştirak edirdi. Gənc Umud Rəhimoğlu gənclik illərindən gözəl şeirlər müəllifi idi. O, çalışdığı qəzetdə vaxtaşırı maraqlı məqalələrlə çıxış edirdi.

Sonrakı illərdə Qarabağ hadisələrinin başlanması Umud müəllimin fəaliyyətində ictimai çəkini artırdı. Torpaqlarımızın işğalda olduğu dönəmlərdə fəaliyyətinin əsas hissəsini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi məsul və gərəkli işə həsr etdi. Bununla yanaşı, biz onu Azərbaycanda və xarici ölkələrdə istər ədəbiyyat, istərsə də mətbuatla bağlı tədbirlərdə də hər zaman ön sıralarda görürdük. Yorulmaq bilmədən çalışan, daima hərəkətdə olan Umud müəllimdən söz düşəndə mən onun tükənməz enerjisini və dopdolu Vətən sevgisini həmişə önə çəkmişəm.

Ötən əsrin 80-ci illərində – Qarabağ hadisələrinin təzəcə başladığı dönəmlərdə şair Çingiz Əlioğlu, tənqidçi Nadir Cabbarov, Umud Rəhimoğlu və mən Füzuliyə getmişdik. O vaxt gənc şair dostumuz Əbülfət Mədətoğlunun doğma Tuğ kəndində də olduq. Yadımdadır, Tuğda rus əsgərləri var idi və onlar kəndə, guya münaqişə yaranmasın deyə, yerləşdirilmişdi.

Hadisələrin qaynar vaxtlarında Umud müəllim tez-tez Füzuliyə, Qarabağa səfərlər edirdi. Özü də çox zaman bu səfərlərində tək olmurdu, Moskvada birgə təhsil aldığı dostlarını, tanıdığı xarici jurnalistləri ölkəmizə dəvət edir, bu yolla Azərbaycan həqiqətlərinin dünyada daha geniş miqyasda yayılmasına çalışırdı.

Sonrakı illərdə Umud müəllim media sahəsində və qeyri-hökumət təşkilatları sektorunda böyük uğurlar qazandı. Mətbuat Şurası İdarə Heyətinin üzvü, müəyyən dönəm isə sədr müavini kimi fəaliyyətini çox yüksək qiymətləndirirəm. Mətbuat Şurasına şikayətlərin çox olduğu zamanlarda Umud müəllimin təmkinli münasibəti, tərəfləri barışdırmaq niyyəti, lazım olanda isə kəskin şəkildə həqiqətin tərəfdarı kimi çıxış etməsini indi də yaxşı xatırlayıram. Mətbuat Şurası İdarə Heyətinin üzvü olan Umud müəllim bu gün də media ilə bağlı məsələlərdə fəal iştirak edir.

Dediyim kimi, Umud müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Burada da həm Birliyin işlərində, həm də birlik üzvü olan qələm adamlarının müxtəlif tədbirlərində daima öndədir. Onun həmkarlarına həssas və qayğıkeş münasibəti diqqətəlayiq və əvəzolunmazdır.

Umud Mirzəyevin 1992-ci ildə yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondu artıq olduqca nüfuzlu bir təşkilata çevrilib. Fondun tanınmış şəxslərin təmsil olunduğu çox sanballı Himayəçilik Şurası da fəaliyyət göstərir. Müxtəlifyönlü fəaliyyəti ilə seçilən qurum beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində böyük uğurlara imza atıb və atmaqda davam edir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun iştirakı və təşəbbüsü ilə bu gün müxtəlif mövzularda, xüsusilə Azərbaycanın tarixi reallıqlarının dünyaya çatdırılması məqsədilə BMT-nin Cenevrə, Nyu-York, Vyana ofislərində və digər nüfuzlu beynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər, paralel sessiyalar keçirilir. Mina qurbanlarına və mina təhlükəsi nəticəsində öz yurdundan didərgin düşmüş insanlara dəstəyin göstərilməsi, səfirlərin, xarici diplomatların, jurnalistlərin və tələbələrin müharibədən zərər çəkmiş və işğaldan azad olunmuş regionlara səfərlərinin təşkili, eləcə də bir çox digər sosial-humanitar layihələrin icrası Fondun fəaliyyətində prioritet istiqamətlərdəndir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu bu gün BMT-nin ayrı-ayrı qurumları, Avropa Komissiyası, Amerikanın Dövlət Departamenti, Dünya Bankı, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası kimi beynəlxalq nüfuzlu təşkilatlarla, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı fəaliyyət göstərir.

Təbii ki, bütün bu sadalanan çoxşaxəli fəaliyyətin arxasında Umud müəllimin fədakarlığı, yorulmazlığı, peşəkarlığı və bitib-tükənməyən Vətən sevgisi dayanır. Umud müəllim son illər fərqli sahələrdə çalışan və dünyada tanınan adlı-sanlı neçə-neçə insanın Azərbaycana səfərlərinin təşəbbüskarı və təşkilatçısı olub. Bu səfərlər Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından olduqca vacib və gərəklidir.

Dünyaca məşhur Nobel sülh mükafatçısı Məhəmməd Yunusun ilk dəfə Bakıya səfəri bilavasitə Umud müəllimin onunla şəxsi münasibətləri zəminində gerçəkləşmişdi. Sonradan Məhəmməd Yunusun ölkəmizə səfərləri mütəmadi xarakter aldı və hesab edirəm ki, bu faktın özü ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından Umud müəllimin önəmli təşəbbüslərindən biri kimi dəyərləndirilə bilər.

Yaxud da sözə qüvvət, başqa bir məqam. 2023-cü il idi, Azərbaycanın yaxın dostu, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatının təsisçisi və rəhbəri, Dünya Ərzaq Mükafatı laureatı Heidi Kühn Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Bakıya gəlmişdi. Mərhum millət vəkilimiz Qənirə xanım Paşayeva ilə birlikdə həmin tədbirdə iştirak edirdik. Nobellərin evində keçirilən tədbirdə Heidi Kühn onlayn şəkildə canlı yayıma qoşulacaq və ona Beynəlxalq Ərzaq mükafatı təqdim olunacaqdı.

ABŞ-ın ovaxtkı dövlət katibi Antoni Blinken təqdimat mərasimindəki çıxışında xanım Heidi Kühnün hazırda Azərbaycanda olduğunu və bu səbəbdən tədbirdə iştirak edə bilmədiyini xüsusi vurğulamışdı. O mərasimin iştirakçıları kimi biz beynəlxalq səviyyədə tanınan və qəbul edilən Heidi Kühn kimi yüksək səviyyəli bir şəxsin Umud müəllimin qonağı olmasından qürur duymuşduq.

Məqamı düşmüşkən, bu günlərdə Umud Mirzəyevin xanım Heidi Kühn və onun rəhbərlik etdiyi qurumla çıx əməkdaşlığını əks etdirən başqa bir xəbər də aldıq. Sentyabr ayının sonlarında ABŞ-də – dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin uzun illər çalışdığı və fəxri professor olduğu nüfuzlu Berkli Kaliforniya Universitetində xanım Heidi Kühnün təşəbbüsü ilə “Münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə Kühn Təşəbbüsü” mərkəzi yaradıldı və tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev yeni yaradılan mərkəzin Xarici Müşavirlər şurasına üzv seçildi.

Əlbəttə, bütün bu sadaladıqlarım hər birimiz üçün sevindirici və qürurvericidir. Umud müəllim dünyaca məşhur belə insanları ölkəmizə cəlb etməklə, onlarla əməkdaşlıq əlaqələrini müntəzəm genişləndirməklə ölkəmiz adına əhəmiyyətli və yüksək xidmətlər göstərir. Onun Qətərin Əl-Cəzirə televiziyası ilə əməkdaşlığı, bu televiziyanın əməkdaşlarının dəfələrlə Azərbaycana səfərlərini təşkil etməsi və ölkəmizə həsr olunan verilişlərin hazırlanması Umud müəllimin gördüyü çoxsaylı işlərin növbəti önəmli nümunəsidir.

Vətəni, ölkəsi üçün faydalı və gərəkli işlər görməyə təşnə dostumuz və həmkarımız Umud müəllim çoxistiqamətli fəaliyyətini bu gün də yorulmadan davam etdirir. Torpaqlarımız işğaldan azad olunandan sonra mən onun tədbirlərə daha böyük şövqlə, həvəslə qatıldığını görür və bu bol enerjinin hələ uzun illərin səmərəli fəaliyyətinə yetəcəyinə inanıram.

Rəşad MƏCİD,
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri