Icma.az
close
up
RU
Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən Zəfərə aparan tarix Milli Qurtuluş Günü

Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən Zəfərə aparan tarix Milli Qurtuluş Günü

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün müstəqil və güclü Azərbaycan dedikdə, ilk ağıla gələn tarix 15 İyun - Qurtuluş Günüdür. Məhz bu gün Azərbaycanı bir çox bəlalardan, təhlükələrdən, məhv olmaqdan xilas etdi. Bu xilaskar missiyanın daşıyıcısı isə fenomenal şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli Lider Heydər Əliyev idi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ulu öndərin sələflərindən aldığı "miras"

1993-cü ilin 15 iyun tarixi xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin adı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrün mənzərəsini qısa olaraq təsvir etsək görərik ki, ortada ümidsiz xalq və məhvə doğru sürüklənən bir dövlət vardı. Ulu öndərin sələflərindən aldığı "miras" məhz bu idi. Onun qarşısında çox çətin missiya - adı tarixin qaranlıq səhifələrinə yazılmaq üzrə olan Azərbaycanın xilası vəzifəsi dayanırdı.

Vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi

Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğınından xilas etdi. Özünün də vurğuladığı kimi, həyatını heçə sayaraq mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran silahlı dəstələrin hökmranlıq etdiyi Gəncəyə səfər edib, vəziyyətlə yerindəcə tanış oldu. O vaxt hadisələrin bundan sonrakı axarını nəzarət altına almaq iqtidarında olan yeganə şəxs məhz ulu öndər idi. Onun bu addımları artıq bütün ümidlərini itirmiş xalqın sabaha olan inamını yenidən oyatdı. Güclü, müstəqil Azərbaycan quruculuğu prosesinin ilk qığılcımları məhz 1993-cü ilin iyun hadisələrində ulu öndərin yorulmaz, qətiyyətli, uzaqgörən fəaliyyəti sayəsində görünməyə başladı.

Separatizmə son qoyuldu

Heydər Əliyev həm də Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Şimalda, cənubda baş qaldıran separatçı ocaqlar ağılla, məntiqlə, dahiyanə siyasi gedişlərlə söndürüldü. Müxtəlif xarici dövlətlərin kəşfiyyat orqanlarının bu istiqamətdəki planlarının qarşısı qətiyyətlə alındı.

İctimai-siyasi sabitlik bərpa edildi

Heydər Əliyev bizləri daxili xaosdan, anarxiyadan qorudu. İctimai-siyasi sabitlik bərpa edildi. Qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Xalqının gücünə, ona olan etimadına güvənən ulu öndər dəmir siyasi iradə və qətiyyətlə qısa müddət ərzində iki dövlət çevrilişinin qarşısını aldı. İctimai-siyasi sabitliyin bərpası nəticəsində küçəyə belə çıxmağa qorxan sadə vətəndaşlar dövlətin, hakimiyyətin gücünü, ədalətini hiss etməyə, görməyə başladılar.

Yeni ərazi itkilərinin önünə keçildi

Ulu öndər 1994-cü ildə Ermənistanla atəşkəs haqqında sazişə nail olmaqla yeni ərazi itkilərinin, Azərbaycan oğullarının həyatına son qoyan qanlı toqquşmaların önünə keçdi. Bu atəşkəs sazişi Azərbaycan dövlətinin öz gücünü, imkanlarını toparlaması, sabah gələcək Zəfərə aparan yolun təməllərinin atılması, inkişafa, rifaha, açılan yaraların sağalmasına hesablanan tədbirlərin həyata keçirilməsinə zəmin yaratdı. Azərbaycan adı bu tarixdən sonra dünyada daha çox eşidildi. Azərbaycan həqiqətləri məhz bu tarixdən sonra beynəlxalq aləmdə daha çox səsləndirilməyə başladı.

Müstəqilliyimizin qarantı

Ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycanı iqtisadi, sosial, mədəni və mənəvi cəhətdən məhv olmaqdan da xilas etdi. Aparılan gərgin danışıqlar, yürüdülən siyasət bizim 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına şahidlik etməyimizə vəsilə oldu. Dünyanın aparıcı dövlətlərini təmsil edən transmilli enerji şirkətlərinin imza atdığı bu müqavilə həm Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin zəmanətinə çevrildi, həm də gələcək iqtisadi və sosial inkişafın əsasını qoydu. Ölkədə hiperinflyasiyanın, çörək böhranının, ərzaq çatışmazlığının qarşısı alındı.

Balanslı xarici siyasət

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik, idarəçilik təcrübəsi həmin dövr üçün olduqca həssas bir bölgədə yerləşən müstəqil Azərbaycanın ayaqda qalmasının əsas səbəblərindən biri idi. Şimalda, cənubda müstəqilliyimizi həzm edə bilməyən qonşuların əhatəsində qalan, bir tərəfdən də Ermənistanın işğalı ilə mübarizə aparan Azərbaycan məhz Heydər Əliyevin fenomenal siyasəti nəticəsində varlığını qorudu. Müstəqilliyimiz hamı və hər kəs tərəfindən qəbul edildi. Ermənistan istisna olmaqla bütün qonşularımızla dövlətlərarası münasibətlər bərpa olundu, beləliklə balanslı xarici siyasət kursunun əsası qoyuldu.

Ulu öndərin Azərbaycanın ilk Konstitusiyasının qəbulu, ana dili, milli mətbuat, mədəniyyət, təhsil, səhiyyə, ordu quruculuğu, beynəlxalq təşkilatlarla əməkdaşlıq, bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdiyi problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər dövlətçilik məfhumunun hər bir sahəyə necə sirayət etdiyinin göstəricisi idi.

Bu günün reallığı

Qurtuluş Günü ilə başlayan Zəfər yolumuz davam edir. Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan artıq dünyada qalib xalq, qalib dövlət olaraq anılır. Ulu öndər siyasətinin təməlini qoyduğu, işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılan yeni reallıq məhz budur: Güclü, müstəqil, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, suverenliyi tam bərpa edilmiş qalib Azərbaycan dövləti.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyun 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri