Icma.az
close
up
RU
Milli Qurtuluş Günü Azərbaycanı qüdrətli dövlətçiliyəvə yüksəlişə aparan siyasi kursun başlandığı tarixdir

Milli Qurtuluş Günü Azərbaycanı qüdrətli dövlətçiliyəvə yüksəlişə aparan siyasi kursun başlandığı tarixdir

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik, dövlətçilik və siyasi tarixində əlahiddə yeri var. Xalqımızın Ümummilli Lideri HeydərƏliyevin adı ilə bağlı olan bu tarix müstəqilliyimizinvə dövlətimizin xilas günüdür. Ona görə iyunun 15-irespublikamızda dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd olunur. Müasir Azərbaycanın bütünuğurları öz başlanğıcını Milli Qurtuluş Günündəngötürür.

Müstəqilliyimizin ilk illərində respublikamızdayaranmış siyasi situasiyanı yaxşı xatırlayırıq. AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz fəaliyyətidövlət idarəçiliyini demək olar ki, iflic vəziyyətinəsalmışdı. Hakimiyyəti zorakı yolla ələ keçirən buqaragüruh qruplaşma mövcud idarəçilik sisteminisıradan çıxarmış və nəticə etibarilə ölkədə xaotikvəziyyət yaratmışdı.  Bütün bunların nəticəsi kimi respublikada həyatın bütün sahələrini böhran bürümüş, iqtisadiyyat çökmüş, inflyasiya tarixdə görünməmiş dərəcədə yüksəlmiş, əhalinin sosial vəziyyətiağırlaşmışdı. 

Ən acınacaqlısı isə o idi ki, AXC-Müsavatcütlüyünün yarıtmaz fəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdə, dövlətimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. Xalqımız 1920-ci ildə olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamağa və müstəqilliyini itirməyə çox yaxın idi. Bundan daha ağırı o idi ki, Azərbaycan həm dəparçalanmaq və xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

1993-cü il iyun ayının 4-də Gəncədə hərbiqarşıdurmanın baş verməsi respublikadakı siyasigərginliyi daha artırmışdı. Azərbaycan artıq uçurumunkənarında, məhv olmağın bir addımlığında idi. Baş verənhadisələr, cərəyan edən proseslər həm də onu diqtəedirdi ki, vəziyyətdən çıxış üçün Azərbaycan xalqınıngüclü siyasi liderə ehtiyacı var idi. Həmin lider isə ozaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışanHeydər Əliyev idi. Təsadüfi deyil ki,1993-cü ilin ağır iyun günlərində bütün Azərbaycan ictimaiyyəti, o cümlədən ölkədə böhranlı və gərgin vəziyyətin yaranmasına səbəb olmuş siyasi qruplar da vəziyyətdən çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib: 

“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar da belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Xalqın təkidli istək və çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəki vəziyyəti kökündən dəyişərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimi xilasmissiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı, ilk növbədə hərbiqarşıdurmanın, silahlı dəstələrin Bakıya yürüşününqarşısını aldı. İyun ayının 15-də isə Ulu Öndər HeydərƏliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Cəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürü, habelə bütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözün bütünmənalarında xalqımızın milli qurtuluşu oldu. Bununla damüasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandı. Bu mərhələdə xilaskarlıq missiyasını layiqincəyerinə yetirən Ulu Öndər müstəqilliyimizi bütüntəhlükələrdən və təhdidlərdən qətiyyətlə qorudu. MəhzHeydər Əliyevin sayəsində respublikamızda başqaldırmış separatçılıq meyillərinin qarşısı alındı, dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısıiflasa uğradıldı. 

Milli Qurtuluşdan başlanmış siyasi proseslərinməntiqi davamı olaraq Heydər Əliyevin 1993-cü ilinoktaybr ayında Azərbaycan Prezidenti seçilməsi isərespublikamızda tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olundu. Heydər Əliyevin siyasi qətiyyətinin və müdrikliyininnəticəsi kimi ictimai-siyasi sabitlik təmin edildi, cəmiyyətimizdə əmin-amanlıq yaradıldı, iqtisadiyyatdatənəzzülə son qoyuldu, ölkəmiz inkişaf yoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycan ordusu nəinki Ermənistanın işğalçı hücumlarınınqarşısını aldı, o cümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi. 

Beləliklə, Milli Qurtuluşdan başlanan dəyişikliklərqısa zamanda bütün sahələrdə özünü göstərməyəbaşladı. 1994-cü ilin may ayında cəbhədə atəşkəsinəldə edilməsi isə qarşıda duran vəzifələrin daha sürətləhəyata keçirilməsi üçün zəmin yaratdı. Dövlətquruculuğu prosesini uğurla həyata keçirən HeydərƏliyev müasir Azərbaycan dövlətini yaratdı, öz əməlləriilə xalqımızın Ümummilli Liderinə çevrildi.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqınıniftixar və ləyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali SovetininSədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası qüdrətliAzərbaycan dövlətinin qurulması ilə nəticələndi vəxalqımız bütün problem və təhlükələrdən alnıaçıq, layiqlişəkildə xilas oldu. 

Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarix kimi qəbul edir.Böyük məmnunluqla qeyd etməliyik ki, Ulu ÖndərHeydər Əliyevin layiqli siyasi davamçısı olan cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldəetdiyi tarixi nailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolu, beynəlxalq birlikdə nüfuz sahibinə çevrilməsi MilliQurtuluşla başlanan qürur tariximizi daha daşərəfləndirir. Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isə göstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yolu Azərbaycanı həm də yenizəfərlərə aparır.

Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin təməlləri güclü və sarsılmazdır. Heç bir qüvvə Azərbaycan üçün təhlükə və təhdid doğura bilməz. 

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 İyun 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri