Icma.az
close
up
RU
Azərbaycanın 8 universiteti beynəlxalq reytinq siyahısına düşüb

Azərbaycanın 8 universiteti beynəlxalq reytinq siyahısına düşüb

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan “QS Dayanıqlılıq 2026” reytinqində Cənubi Qafqaz üzrə təmsil olunan yeganə ölkədir

Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyi tərəfindən “QS Dayanıqlılıq 2026” reytinqinin nəticələri açıqlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Reytinqin cari buraxılışında Azərbaycan universitetlərinin sayı 8-ə yüksəlib.

Bu il reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti təmsil olunur.

Bir universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1 universitetimiz (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitetimiz isə 1001+ və 1501+ mövqelərdə yer alır.

Xüsusilə “Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf” meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb.

Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdə qərarlaşıb.

Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Azərbaycan Cənubi Qafqaz regionu üzrə təmsil olunan yeganə ölkədir.

Reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət üzrə - “Ətraf mühitə təsir” (45%), “İctimai təsir” (45%) və “İdarəetmə modeli” (10%) - qiymətləndirilir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri