Icma.az
close
up
RU
Azərbaycanın “ağ qızıl” ixracında kəskin azalma SƏBƏBLƏR

Azərbaycanın “ağ qızıl” ixracında kəskin azalma SƏBƏBLƏR

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin I yarısında Azərbaycan 4,954 milyon ABŞ dolları dəyərində pambıq idxal edib. İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan pambıq ixracının dəyəri isə 116,958 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 11,3 % azdır.

Yanvar-iyun aylarında pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 0,9 %-ni təşkil edib. pizza

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Bir vaxtlar bölgələrdə pambıq əkininə başlanmışdı. Yerli icra başçıları da bu prosesdə iştirak edirdilər. Son illərdə isə bu sahəyə maraq azalıb. Bundan əlavə, Azərbaycanda pambıq əkini sahələri azalır. Pambıq yığımı avqustun sonunda-sentyabrın əvvəlində başlayır və noyabr ayına qədər davam edir.

Ekspertlər pambıq ixracındakı geriləməni bir sıra səbəblərlə əlaqələndirirlər. İlk olaraq qeyd edilir ki, fermerlər bu sahədən uzaqlaşır, çünki qazanc zəifdir, suvarma və texniki xidmətlə bağlı problemlər mövcuddur. Dünya bazarında pambığın qiyməti dəyişib, rəqabət isə artıb. Azərbaycan pambığı ilə rəqabət aparan ölkələrin daha ucuz və keyfiyyətli məhsullar təklif etməsi ixracı zəiflədir. Digər ehtimal odur ki, pambığın bir hissəsi emal üçün ölkə daxilində istifadə olunur. Belə halda, ixrac üçün ayrılan məhsul azalır. Hava şəraiti də mühüm faktordur. Əgər keçən il məhsul yığım dövründə yağıntı çox olubsa, bu da ixrac üçün nəzərdə tutulan pambığın həcmini azalda bilər.

Bir vaxtlar yerli icra hakimiyyətlərinin təşviqi ilə genişlənən pambıqçılıq sahəsində durğunluq yaşanır. Artıq avqustun sonundan başlayacaq yeni yığım mövsümü yaxınlaşır. Gözləntilər var ki, bu mövsüm real vəziyyəti daha aydın göstərəcək.

Fermerlər bu sahədəki vəziyyətlə bağlı danışarkən qeyd edirlər ki, beş il əvvəl 10 hektar pambıq əkdikləri halda indi cəmi 2 hektar saxlayıblar. Qalan sahəni qarğıdalıya və bostana yönəldiblər. Pambıqdan xərci çıxartmaq çətinləşib. Gübrə bahalaşıb, texnika çatışmır, yığımda ziyan çox olur. Bir ton məhsulu bazara çıxarana qədər onsuz da gəlir azalır.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“İlk olaraq onu qeyd edim ki, statistik göstəriciləri əvvəlki dövrlə indiki dövr arasında valyuta baxımından müqayisə etmək bir qədər nisbi xarakter daşıyır. Çünki bir il yarım əvvəlki qiymətlərlə indiki qiymətlər eyni deyil – inflyasiya artan dinamika ilə inkişaf edib. Yəni həm baha satmısan, həm də baha almısan. Ona görə də valyuta ilə müqayisələr həmişə dəqiq nəticə vermir, çünki keçən il aldığın məhsulun qiyməti ayrı idi, indi satdığın isə başqa bir qiymətlə ölçülür. Belə olan halda, ölkədən çıxan və ölkəyə daxil olan vəsaiti yalnız valyuta ilə müqayisə etmək doğru yanaşma sayılmır.”

“O ki qaldı Azərbaycanda ‘ağ qızılın’ – ixracında baş verən azalmaya, bunun bir sıra obyektiv səbəbləri var. Ən başlıcası iqlim dəyişikliyi və hava şəraitindəki problemlərdir ki, bu da kənd təsərrüfatına ciddi təsir göstərir. Bundan əlavə, suvarma problemləri də çox ciddi rol oynayır, xüsusilə Aran zonasında pambıqçılıqla məşğul olanlar üçün bu məsələ daha ağrılıdır.”

“Pambıq çox su və çoxlu işçi qüvvəsi tələb edən bir sahədir. Əgər bu zəncirin hansısa bir halqasında problem yaranırsa, nəticə dərhal özünü göstərir. Təəssüf ki, son illərdə dövlətin əvvəlki illərdə göstərdiyi dəstək səviyyəsi bir qədər zəifləyib – ola bilsin ki, hansısa prioritetlərin dəyişməsi ilə bağlıdır. Bu da bəzi sosial faktorlarla əlaqədar ola bilər. Pambıqçılıq Azərbaycanda ənənəvi bir sahədir. Bu sahə yalnız məhsul əkib-becərmək deyil, toxumçuluq, elmi-tədqiqat laboratoriyaları və aqrar infrastruktur deməkdir. Sovet dövründən sonra bu sahədə çox ciddi boşluqlar yaranmışdı, çünki həmin vaxtlar bir sıra müəssisələr və laboratoriyalar dağıdılmışdı. Son illərdə ölkə başçısının dəstəyi ilə pambıqçılıq qismən dirçəlsə də, kiçik bir problem belə əvvəlki dövrün çatışmazlıqlarını yenidən üzə çıxarır”.

Mütəxəssis digər bir vacib məsələdən danışıb: “Pambıqçılıq çətin və xərc tələb edən, lakin qazancı az olan bir sahədir. Bu səbəbdən fermerlər üçün bu iş maraqlı olmaya bilər. Ən vacib səbəblərdən biri də dünya pambıq bazarında qiymət dalğalanmalarıdır. Qiymətlər gah artır, gah da kəskin şəkildə düşür. Bu da fermerlər üçün ciddi narahatlıq yaradır və onlar daha stabil və gəlirli sahələrə yönəlməyə üstünlük verirlər”.

Onu da qeyd edək ki, hazırda dünyada pambıqçılıq sahəsində ən irəlidə gedən ölkələr sırasına Çin, ABŞ, Hindistan və Özbəkistan daxildir. Mütəxəssislərə görə bu ölkələr həm əkin sahələrinin genişliyi, həm məhsuldarlıq, həm də texnoloji və idarəetmə baxımından fərqlənirlər. Məsələn, Çində pambıq sahələrində məhsuldarlıq çox yüksəkdir və burada əsas üstünlük genetik modifikasiya olunmuş toxumlardan istifadə edilməsində, tam mexanikləşdirilmiş əkin və yığım sistemində, eləcə də aqro-rəqəmsal texnologiyaların geniş tətbiqindədir. Çin təcrübəsi göstərir ki, düzgün toxum seçimi və texnologiyanın intensiv tətbiqi məhsuldarlığı dəfələrlə artırmağa imkan verir. ABŞ-də pambıqçılıq tam mexanikləşdirilmiş şəkildə aparılır, bu da insan resurslarından asılılığı azaldır və xərcləri optimallaşdırır. Bu ölkədə fermer kooperativləri geniş yayılıb və dövlət tərəfindən aqrar kredit sistemləri ilə dəstəklənir. Pambıq yalnız xammal deyil, həm də tekstil sənayesində yüksək dəyərli məhsula çevrilən strateji resurs hesab olunur. Hindistan isə daha çox kiçik fermer təsərrüfatları modelinə əsaslanır. Burada minlərlə kiçik torpaq sahibi sadə texnologiyalarla pambıq əkini həyata keçirir və geniş daxili bazar vasitəsilə məhsulunu satır. Hökumət tərəfindən verilən subsidiya və dəstək mexanizmləri fermerin yükünü azaldır.

Azərbaycan üçün daha yaxın və uyğun modellərdən biri Özbəkistan nümunəsidir. Sovet dövründən qalma pambıqçılıq infrastrukturu bu ölkədə müəyyən qədər qorunub saxlanılıb və müstəqillik illərində klaster yanaşması ilə daha da inkişaf etdirilib. Burada toxumçuluq, əkin, yığım və satış bir sistem çərçivəsində inteqrasiya olunub. Dövlət pambıq istehsalını tənzimləyir, suvarma sistemləri müasirləşdirilir və məhsulun keyfiyyəti artırılır. Azərbaycanın pambıqçılıqla məşğul olan regionlarında bu klaster modeli tətbiq edilə bilər, çünki bu yanaşma həm məhsulun keyfiyyətini artırır, həm də fermerin riskini azaldır.

Bu təcrübələrin öyrənilməsi və yerli şəraitə uyğun tətbiqi üçün Azərbaycanda bir sıra addımlar atıla bilər. Əvvəla, toxumçuluğun gücləndirilməsi və genetik baxımdan məhsuldar sortların istifadəsi təmin olunmalıdır. Texnologiyaların köçürülməsi, məsələn, dronlar, torpaq analiz sensorları və damcılı suvarma sistemlərinin tətbiqi su resurslarından daha səmərəli istifadəni təmin edər. Fermerlərin maarifləndirilməsi də bu prosesin ayrılmaz hissəsidir. Təcrübə mübadiləsi proqramları, təlimlər və nümunəvi təsərrüfatların yaradılması bu sahəyə marağı artıra bilər. Eyni zamanda, pambıqçılıqda mövcud olan riskləri bölüşmək üçün dövlət-özəl tərəfdaşlığı gücləndirilməli, kənd təsərrüfatı sığortaları daha aktiv tətbiq olunmalıdır.

Nəhayət, pambıqçılığın yalnız xammal istehsalı kimi deyil, emal və ixrac üçün də potensial sahə olduğu unudulmamalıdır. Pambıqdan alınan iplik, parça, hazır geyim məhsulları daxili sənayenin inkişafını sürətləndirə və ixrac gəlirlərini artıraraq pambıqçılığı daha rentabelli sahəyə çevirə bilər. Azərbaycanın zəngin pambıqçılıq ənənəsinin yenidən canlandırılması üçün beynəlxalq təcrübədən düzgün şəkildə faydalanmaq bu sahənin gələcəyini formalaşdıracaq əsas yol xəritəsidir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see603

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see267

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see253

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see148

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see142

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see141

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see141

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see134

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see134

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see133

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see133

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see131

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see130

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see128

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see127

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see122

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see122

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri