Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Azərbaycanın Gürcüstan müxtəlif sahələrdə əlaqələrini genişləndirir

Azərbaycanın Gürcüstan müxtəlif sahələrdə əlaqələrini genişləndirir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün regionun lokomotiv dövləti olaraq Azərbaycanın Cənubi Qafqazda müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır. Xüsusilə, Ermənistanla 30 ilə yaxın davam edən müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.

Əsrlər boyu Cənubi Qafqazda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi əlaqələr, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə inkişaf etmiş münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənmişdir.

Müdrik Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi diktə edir.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi. Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkənin xarici siyasət prioritetlərini elan edəndə öz təcrübəsi və mövcud imkanlardan məharətlə istifadə edərək Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə hələ Sovetlər dönəmindən başlayan dostluğu sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirdi. Belə ki, xalqlarımızın tarixi əlaqələrinin daha da zənginləşdirilməsi, eləcə də Cənubi Qafqazda münaqişə ocaqlarının olmaması üçün yeni çağırışların üzərində qurulan fəaliyyət ortaya qoyuldu.

Bu gün Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddət ərazində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi bölgədə sabitlik və təhlükəsizliyi təmin edir.

Uzun illər iqtisadi sahədə uğurlu əməkdaşlığın nəticəsi olaraq AzərbaycanGürcüstan iqtisadiyyatına 3,6 milyard dollar investisiya qoyub.Eyni zamanda, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasınıbütün dünya üçün fəal tərəfdaşlığın ən bariz nümunəsi kimi dəyərləndirmək olar.
Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan və Gürcüstan arasında davamlı olaraq inkişaf edən tərəfdaşlıq nəinki regionun iqtisadi-siyasi vəziyyətinin, eləcə də qlobal iqtisadiyyatın artımınaxidmət edir. Qeyd edək ki, Gürcüstan tranziti vasitəsilə ölkəmiz hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, habelə geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir.

Keçən müddət ərzində keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradıb. 17 tanvar 2025-ci il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Gürcüstanda keçirilən Parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

İki lider arasında baş tutan görüşdən sonra Prezident İlham Əliyevin mətbuatabəyanatında səsləndirdiyi “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir.

İqtisadi arena ilə yanaşı, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq münasibətləri formalaşıb, regionda təhlükəsizlik və xalqların rifahına xidmət edən bir sıra vacib layihələr həyata keçirilib. Bu layihərəldən biri də Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini bir araya gətirən, Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramı olub. Qeyd edim ki, bu layihə özündə qanunvericilik, səhiyyə, təhlükəsizlik, təhsil, sərhədlərin inteqrasiyası kimi istiqamətləri ehtiva edərək, əməkdaşlıq mexanizminin formalaşması və razılaşdırılmış birgə fəaliyyətin həyata keçirilməsini təmin edib.

Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən ənənəvi görüşlər bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər və regionda tam təhlükəsiz, sülh içində, rifahlı həyatın çiçəklənməsi təmin olunacaqdır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri