Icma.az
close
up
RU
Azərbaycanın “Avropa Siyasi Birliyi”nin sammitində təmsil olunması dövlətimizin və liderimizin beynəlxalq müstəvidə yüksələn nüfuzunun göstəricisidir RƏY

Azərbaycanın “Avropa Siyasi Birliyi”nin sammitində təmsil olunması dövlətimizin və liderimizin beynəlxalq müstəvidə yüksələn nüfuzunun göstəricisidir RƏY

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir”.

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirak edir: “Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir. Məhz Praqada keçirilən “Avropa Siyasi Birliyi”nin sammiti Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşdü, Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. 2022-ci ilin oktyabrında keçirilən Praqa sammiti, Avropa Siyasi Birliyi çərçivəsində ilk toplantı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm bir hadisəyə çevrildi. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı (Aİ) və Avropa ölkələri ilə əlaqələrinin davamlı inkişafının növbəti aydın təzahürü oldu. Bu səfər yalnız diplomatik protokol çərçivəsində deyil, həm də Azərbaycanın regiondakı və qlobal miqyasda artan rolunun nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Bir neçə il öncə Aİ və Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik yaşanmış, əvvəlki administrasiyaların qeyri-obyektiv yanaşmaları tərəflər arasında inamsızlıq yaratmışdı. Lakin Azərbaycan tərəfinin prinsipial və qətiyyətli mövqeyi nəticəsində bu yanlış yanaşmalar aradan qaldırıldı və münasibətlər sağlam əsaslar üzərində yenidən quruldu. Bu gün Aİ-nin Azərbaycanla əməkdaşlığa verdiyi önəm Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın səfəri, Aİ Şurasının prezidenti Koştanın Prezident İlham Əliyevlə telefon danışıqları və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Prezidentlə görüşdə iştirakı kimi faktlarla təsdiq olunur. Sammit çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə keçirdiyi çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın Avropa siyasi dairələri üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu bir daha sübut etdi. Bu maraq təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır – söhbət Azərbaycanın geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları və sabitlik gətirən xarici siyasət kursundan gedir. Azərbaycan bu gün regional deyil, qlobal səviyyədə problemlərin həllində aktiv və məsuliyyətli aktor kimi çıxış edir. Dövlətimizin başçısının Aİ Şurasının və Avropa Komissiyasının rəhbərləri ilə görüşü də bunu təsdiqləyir. Azərbaycanın sammitdə təmsil olunması dövlətimizin və liderimizin beynəlxalq müstəvidə davamlı olaraq yüksələn nüfuzunun göstəricisidir”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see148

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see137

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see136

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see132

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see129

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see122

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see121

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see120

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see119

Evdən döyülərək çıxarıldılar Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI

01 İyul 2025 01:07see117

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see116

Ağ Ev: Aİ rəqəmsal vergidən imtina etməsə, ABŞ cavab tədbirləri görəcək

30 İyun 2025 20:41see116

Bu ölkədə ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

30 İyun 2025 08:49see116

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see115

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see115

XİN də yeni struktur DƏYİŞİKLİYİ

30 İyun 2025 09:47see114

Ağ Ev: TikTok un satışı ilə bağlı Çinlə danışıqlar yüksək səviyyədə aparılır

01 İyul 2025 02:53see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri