Icma.az
close
up
RU
Avropa Siyasi Birliyi nin Zirvə toplantısı və Azərbaycanın artan nüfuzu...

Avropa Siyasi Birliyi nin Zirvə toplantısı və Azərbaycanın artan nüfuzu...

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət xətti həyata keçirir. Bu siyasət nəticəsində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da inkişaf etdirərək dərinləşdirib. Azərbaycan həm Qərblə, həm Şərqlə, Asiya, Afrika və digər regionlarla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurur və bu əməkdaşlığı daim irəli aparır. Təkcə aprel ayı və may ayının əvvəlinə nəzər saldıqda, qarşılıqlı olaraq reallaşdırılan yüksək səviyyəli rəsmi səfərlər, imzalanmış sənədlər Azərbaycan dövlətinin gücünü, regional deyil, dünya çapında rolunu, əhəmiyyətini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır.

Ötən ay Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfərləri, Prezident İlham Əliyevin növbəti Antalya Diplomatiya Forumunda iştirakı, dünya nəhəngi Çin Xalq Respublikasına dövlət səfəri, İran Prezidenti Məsud Pezişkianın Azərbaycana rəsmi səfəri, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın dövlət səfəri, bu səfərlər zamanı münasibətlərin daha da inkişafı istiqamətində əldə edilmiş razılaşmalar, dostluq mesajlarının verilməsi və s. dünyada Azərbaycana böyük marağın olduğunu bir daha göstərir. Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşməsi həm Avropa, həm də Asiya ölkələrinin rəsmi Bakı ilə əməkdaşlığa can atmasını şərtləndirən əsas faktorlardan biridir. Təbii ki, burada yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın çoxvektorlu, balans siyasəti də vacib rol oynayır.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla, Çinin regionda ölkəmizlə əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq siyasətini davam etdirir, bütün nüfuzlu beynəlxalq platformaların tədbirlərində təmsil olunur. Belə platformalardan biri də "Avropa Siyasi Birliyi"dir. Məlum olduğu kimi, Albaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti baş tutub və Azərbaycan Prezidenti də sammitdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitlərində iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.

Xatırladaq ki, Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Birliyin ilk Zirvə toplantısı 2022-ci ilin oktyabrında Praqada baş tutub. Azərbaycan Prezidenti həmin sammitdə iştirak edib. Toplantı çərçivəsində, Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Burada ən yadda qalan məqam Azərbaycan və Ermənistan liderlərinin görüşündə tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaları oldu. Prezident İlham Əliyev bu sammitdə Ermənistan, Fransa və Avropa İttifaqının Azərbaycana qarşı formalaşdırmaq istədiyi diplomatik tələləri peşəkar şəkildə neytrallaşdırdı, bununla da Ermənistan və Fransa rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qaldılar.

Eyni zamanda, "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu.

Avropa Siyasi Birliyinin birinci Zirvə toplantısında 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Onların 27-si Aİ-yə üzv dövlətlər, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla) - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri - Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları olub.

Moldovanın paytaxtı Kişineuda 2023-cü il iyunun 1-də Avropa Siyasi Birliyinin 2-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Ondan sonra isə ötən il Britaniyada növbəti sammit keçirilib və Prezident İlham Əliyev Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə tədbirdə iştirak edib. Prezident həmin Zirvə çərçivəsində Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masadakı çıxışında deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. Yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qaz təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq".

Dövlət başçısı Azərbaycanın etibarlı təchizatçı olduğunu söyləyib.

"Avropa Siyasi Birliyi" Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. Azərbaycan liderinin toplntılara dəvət edilməsi ölkəmizin artan nüfuzundan xəbər verməklə yanaşı, həm də onu göstərir ki, Avropa ölkələri təmsil olunduqları platformalar çərçivəsində keçirilən toplantılarda Azərbaycanı da görmək, qlobal çağırışlar, ən aktual məsələlərlə bağlı onu eşitmək istəyirlər. Azərbaycan artan gücü ilə yanaşı, geostrateji və geosiyasi əhəmiyyəti sayəsində öz milli maraqlarını bütün beynəlxalq platformalarda diktə edə bilir. Onu da vurğulayaq ki, Albaniya regionda foruma ev sahibliyi edən ilk Avropa İttifaqına daxil olmayan ölkədir. Birliyin ildə iki dəfə keçirilən sammitlərinə növbə ilə Aİ-na üzv dövlətlər və potensial namizədlər ev sahibliyi edirlər. Bu dəfə seçimin Albaniyanın üzərinə düşməsi, təsadüfi deyil. Balkan ölkəsi qonşu Monteneqro ilə birlikdə 2030-cu ilə qədər Aİ-nin 28-ci üzvü olmağa əsas namizəddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri