Icma.az
close
up
RU
“Avropa Birliyi” oyununun sonuna çox az qalıb RƏY

“Avropa Birliyi” oyununun sonuna çox az qalıb RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Trampın siyasətindən sonra Ermənistan özü də Aİ-yə üzvlük məsələsini kənara atacaq


Erməni politoloq Hayk Xalatyan Ermənistanın Avropa Birliyinə üzvlük məsələsindən danışıb. Xalatyan deyib ki, ən gülməlisi odur ki, AB-dən rəsmi dəvət yoxdur, ancaq İrəvan bəyan edir ki, Avrasiya İqtisadi İttifaqında olsa da, AB-yə üzvlük arzusundadır: "Qanun layihəsinin ikinci oxunuşunun təxirə salınmasında da qəribə və absurd elementlər var. Xarici işlər nazirinin müavini deyir ki, bu qanun layihəsində konkret addımlar nəzərdə tutulmayıb, lakin bu, AB-yə bir mesajdır ki, biz onların yanındayıq. Yəni bu, Moskvaya mesajdır ki, biz onlarla olmaq istəmirik, amma müvəqqəti olaraq Rusiyanın yanındayıq? Təbii ki, bütün bunlar Ermənistana qarşı mənfi münasibətə gətirib çıxarır. Hazırda Moskva Ermənistanı nəinki müttəfiq, heç etibarlı tərəfdaş kimi də qəbul etmir”. Xalatyan qeyd edib ki, İlham Əliyev problem də yaradır, sözünü də deyir, narazılıq da edir, ancaq Rusiya onu etibarlı tərəfdaş sayır: “Çünki bilirlər ki, Əliyevlə, Ərdoğanla müqavilə bağlasan, razılaşma əldə etsən, mütləq yerinə yetiriləcək. Bu barədə Putin özü də danışıb. Ancaq Nikol Paşinyanla bağlı belə deyil”. 


Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Analitikin fikrincə, Aİ Ukraynanın başına gələnlərdən sonra Ermənistan kimi lazımsız bir ölkəni öz sıralarına daxil etmək üçün riskə getməz: 


"Oynanılan oyun Ermənistanı sadəcə qorumaq üçündür. Məsələ ondadır ki, Ermənistanın regionda elə bir potensialı yoxdur ki, o, kimin üçünsə cazibədar olsun. Məcburi gediş kimi "demokratiya, ali dəyərlər" oyunu oynanılır ki, dünyanın demokratik kəsimi onların arxasında dursun. Rusiya ilə olan mövcud durum Ermənistanın bu istəyini tamamilə yox səviyyəsinə endirir. Aİ istəsə belə, Rusiya qorxusundan dolayı Ermənistanı öz sırasına almaz. Hesab edirəm ki, bu oyunun da sonuna az qalıb. ABŞ Prezidenti Donald Trampın siyasətindən sonra isə Ermənistan özü də Aİ-yə üzvlük məsələsini kənara atacaq. Çünki artıq dünyada demokratik dəyər deyilən bir anlayış qalmayıb ki, onun üzərindən oyun oynanılsın".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri