Icma.az
close
up
RU
Azərbaycanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında

Azərbaycanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib.

İclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30 ildən çoxdur möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir. Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyi müxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasından xəbər verir.

Ə.Əsədov bildirib: “Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb”.

İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. “Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir”, - deyə Baş nazir əlavə edib.

Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığa böyük əhəmiyyət verir. “Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika hablarından birinə çevrilib”, - deyə Ə.Əsədov qeyd edib.

Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb.

Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərə alaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atır.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan ərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzit ehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasda iş aparılır.

Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunu bildirib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri