Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb
Icma.az bildirir, News24 portalına istinadən.
Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb.
News24.az xəbər verir ki, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin baralyefi önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.
Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək. \\report





Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb
12 Dekabr 2024 12:12

