ABŞ də dizel yanacağı ucuzlaşıb SON BİR AYIN RƏQƏMLƏRİ
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatlarında əks olunub.
Statistikaya əsasən, dizel yanacağının bir qallonunun orta qiyməti hazırda 6,3347 dollar təşkil edir. Bir ay əvvəl bu göstərici 6,4391 dollar olub. Beləliklə, yanacaq bir ay ərzində təxminən 1,6 % ucuzlaşıb.
Bununla yanaşı, son bir həftə ərzində dizel yanacağının qiyməti bir qallon üçün 6,3090 dollardan 6,3347 dollara qalxıb. Lakin əvvəlki günlə müqayisədə qiymət 6,3499 dollardan aşağı düşüb.
Bir il əvvəl ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon üçün 3,6826 dollar təşkil edirdi. Beləliklə, son bir aydakı ucuzlaşmaya baxmayaraq, hazırkı qiymətlər ötənilki səviyyəni təxminən 72 % üstələyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 Oktyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















