Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb edib. Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti, bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə qəbul edilən ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir. Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini miimkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Şingiz Şahbazi deyib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlıq strategiyası ölkəmiz müstəqilliyini qazandıqdan sonra, 1992-ci ildən BMT-yə üzv qəbul edilməsi ilə başladı. BMT çərçivəsində bir sıra beynəlxalq missiyalarda iştirak etdi və sülh və təhlükəsizlik məsələlərinə töhfə verən ölkələrdən biri kimi, BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvülüyinə seçildi. (2012-2013 ) Bu müddət ərzində Azərbaycan regional konfliktlərin həlli proseslərinə fəal şəkildə dəstək verib. Həmçinin Azərbaycan Avropa Şurasına üzv olaraq, Avropa standartları çərçivəsində bir çox konvensiyalara qoşulub. Eyni zamanda Avropa İttifaqı ilə tərəfdaşlıq əməkdaşlığı çərçivəsində enerji təhlükəsizliyi , ticarət və humanitar sahələrdə layihələr həyata keçirir. Xüsusilə Şərq Tərəfdaşlığı Proqramı, Azərbaycanın Avropa məkanına daha çox inteqrasiyasını gücləndirib. Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində daha bir beynəlxalq təşkilata üzv seçilib - İslam Əməkdaşlıq Təşkilatı (İƏT). Azərbaycan bu təşkilata üzv olaraq təşkilatın bütün tədbirlərində fəal iştirak edir və dünya müsəlman ölkələri arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi və inkişafı üçün öz töhfəsini verir. Bu platforma vasitəsilə ölkəmiz regional sülh, sosial inkişaf və qarşılıqlı anlaşma üçün dialoqlara dəstək verir. Azərbaycan paralel olaraq regional əməkdaşlığın inkişafında da böyük rol oynayır. Cənubi Qafqaz və Mərkəzi Asya regionunda Azərbaycan əsas aktyorlardan biridir və bu istiqamətdə ölkəmiz bir çox təşkilatlarda təmsil olunur. Azərbaycan regional əməkdaşlığın inkişafı üçün ən perspektivli ölkə hesab olunur və bu istiqamətdə ciddi lahiyələrə imza atır. Regionda sülh və əməkdaşlığı təşviq edən ölkələrin başında gələn Azərbaycan və onun Prezidenti İlham Əliyev, Ermənistan və Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişəyə, bir çox ölkələrin maraqlarından doğan ikili standartlara rəğmən son qoymağı bacardı. Bu münaqişə Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda separatçı rejim və xam xəyallar quran erməni millətçilərini və onların qurduğu dəstələri məhv etməklə, onların dırnaq arası rəhbərlərinin böyük bir qismini həbs edərək qanun qarşısına çıxartmaqla, həmçinin Ermənistanı bu terrorçulardan qurtarmış oldu. Baxmayaraq ki, bir qismi Azərbaycanın əlindən çıxıb qaça bildi və onlar hazırda Ermənistan və erməni xalqı üçün əsil problemə çevriliblər. Bu istiqamətdə də Azərbaycan beynəlxalq təşkilatlarda o cinayətkarlara qarşı mübarizə aparır. Azərbaycanın qələbəsi erməni xalqının da işinə yaradı, desək yanılmarıq. Bu səbəbdən 30 illik münaqişə 2020-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Hazırda iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində son tamamlama işləri aparılır. Hər kəs bunun müsbət təsirindən faydalanacaq və Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrü başlayacaq. Bu Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Doğrudur, bu yolda bir çox beynəlxalq platformalarda fərqli dəyərləndirmələr və fərqli yanaşmalara cəhdlər oldu. Amma, Prezident İlham Əliyevin rəhbərliyi altında bu qələbə təmin olundu və hər iki ölkə vətəndaşları bundan sonra sabitlik və əmin-amanlıq şəraitində yaşamaq haqqı qazandı. Bu gün regionda yeni geosiyasi mühit formalaşmaqdadır və regional iqtisadi inteqrasiya üçün hər kəs təşəbbüslə çıxış edir. Regional əməkdaşlığın inkişafında Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi böyük infrastruktur layihələrini dəstəkləyir. Bunlara “Bakı-Tbilisi-Qars” dəmiryolu , Cənub Qaz Dəhlizi və Xəzər dənizində enerji əməkdaşlığı kimi transregional layihələr daxildir. Bu təşəbbüslər regional ticarət əlaqələrini və iqtisadi inteqrasiyanı gücləndirir. Ölkəmiz beynəlxalq təşkilatlar vasitəsilə iqtisadi inkişaf və təhlükəsizlik zəmanətlərinə xüsusi önəm verir və bu istiqamətlərdə bir çox tədbirlərin iştirakçısı olub və ciddi təkliflərlə çıxış edən ölkələrdəndir. Həmçinin GUAM və CİCO kimi regional platformalarda Azərbaycan aktiv rol oynayır. Bu təşkilatlar vasitəsilə iqtisadi əməkdaşlıq, sərhəd problemlərinin həlli və təhlükəsizlik sahəsində dialoq mexanizmlərinin yaradılmasında əsas məqsəd olaraq vacib sayılır. Azərbaycan bu gün ABŞ və NATO ilə strateji əlaqələr qurur. ABŞ-la müxtəlif sahələrdə münasibətlər quran və bu istiqamətdə səylərini artırmağa çalışan Azərbaycan hökuməti, bu gün prezident Tramp Administrasiyası tərəfindən yüksək ehtirama sahibdirlər və bu iki ölkə münasibətlərinə çox müsbət şəkildə təsir göstərir. Həmçinin NATO ilə yüksək səviyyədə əməkdaşlıq edən Azərbaycan diplomatiyası formalaşıb və NATO ilə tərəfdaşlıq çərçivəsində “Sülhün Naminə Əməkdaşlıq” proqramında bu gün Azərbaycan iştirak edir. Rusiya və Azərbaycan arasında uzun müddətdir ki siyasi və iqtisadi platformalarda münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə qarşılıqlı dəstək və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda Çin xalq respublikası ilə əlaqələrimizin uğurla davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə addımlar atılır. “Bir Kəmər Bir Yol” təşəbbüsü istiqamətində Azərbaycan və Çin arasında əlaqələr genişlənir və bu əməkdaşlıq regional investisiya , logistika və energetika layihələrində özünü göstərir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, Azərbaycan həmçinin Mərkəzi Asya və Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirir. Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə ticarət, enerji və digər sahələrdə əməkdaşlıq formatlarını gözdən keçirir və bu regionlarla inkişafın sürətləndirilməsi üçün mühüm rol oynayır. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq platformalarda təmsilçiliyi əldə edə bilib və müxtəlif təşəbbüslərlə çıxış edir və qlobal səviyyədə diqqət çəkən layihələrə ev sahibliyi edir. Bunlar arasında xüsusi diqqət mərkəzində yer alan COP-29-u qeyd etmək lazımdır və bu gün Azərbaycan BMT-nin davamlı inkişaf məqsədlərinə dəstək məqsədilə humanitar yardım proqramları, regional əməkdaşlıq forumları və digər bir sira beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində yürüdülən xarici siyasətdə davamlılığın qorunub saxlanılması və beynəlxalq təşkilatlarla əməkdaşlıq, region ölkələri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi , müxtəlif qlobal tərəfdaşlarla əməkdaşlıq çərçivələrinin formalaşdırılması, Azərbaycanı dünya səhnəsində mühüm aktora çevirməyi başardı. Azərbaycan bütün bu proseslər zamanı sülh, dialoq və əməkdaşlıq prinsiplərini əsas götürərək həm regionda həm də qlobal miqyasda faydalı əməkdaşlıq əlaqələri qurmağa davam edir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri