Icma.az
close
up
RU
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu RƏY

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu RƏY

Icma.az bildirir, Gununsesi portalına istinadən.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, regional təhlükəsizlik strategiyasını və beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına təsir göstərən orta güc dövlətlərindən birinə çevrilib.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O bildirib ki, regional təhlükəsizlik, Ermənistanla sülh prosesi və beynəlxalq hüququn aliliyi Prezidentin çıxışının əsas siyasi xəttini təşkil edirdi. Azərbaycanın suverenliyini tam bərpa etdikdən sonra sülh gündəliyini ön plana çıxarması, beynəlxalq hüququ bütün münaqişələrin həlli üçün əsas istinad nöqtəsi hesab etməsi və regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi çıxış etməsi ölkəmizin məsuliyyətli dövlət mövqeyini nümayiş etdirir. Bu baxımdan Ukraynanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ardıcıl xarici siyasət kursunun təqdimatı kimi qiymətləndirilə bilər.

“Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi idi. Orta Dəhlizin artan əhəmiyyəti, Xəzər dənizi ətrafında həyata keçirilən iri layihələr və qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan və daim genişlənən əməkdaşlıq Azərbaycanın geoiqtisadi üstünlüklərini daha da artırır. Qlobal hərbi-siyasi gərginlik fonunda təhlükəsiz və daha etibarlı nəqliyyat marşrutlarının yaranması isə ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir.

Forumda rəqəmsal transformasiya, süni intellekt, yaşıl enerji, insan hüquqları, müstəmləkəçiliyə qarşı mübarizə və medianın qlobal proseslərdə rolu kimi məsələlərə də toxunulması göstərdi ki, Azərbaycanın gündəliyi artıq yalnız regional problemlərlə məhdudlaşmır. Ölkəmiz qlobal çağırışlara münasibət bildirən, beynəlxalq təşəbbüslərlə çıxış edən və yeni əməkdaşlıq formatları yaradan dövlət kimi öz mövqeyini gücləndirir”, – deyə C.Feyziyev vurğulayıb.

Onun sözlərinə görə, Prezidentin çıxışında enerji təhlükəsizliyi və nəqliyyat siyasətinin bir-birini tamamlayan istiqamətlər olduğu da aydın şəkildə ifadə olundu. Azərbaycanın Avropaya qaz ixracının genişlənməsi, Almaniya və Avstriya kimi yeni bazarlara çıxış, bərpaolunan enerji layihələrinin sürətləndirilməsi ölkənin enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, qaz nəqli infrastrukturunun genişləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması gələcək dövrün əsas prioritetləri kimi təqdim edildi.

Azərbaycan-Türkiyə münasibətləri də Forumun əsas siyasi mesajlarından biri idi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin bu gün regional təhlükəsizliyin əsas dayaqlarından birinə çevrildiyi bir daha vurğulandı. İki dövlət arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlıq təkcə milli maraqlara deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm model kimi dəyərləndirildi.

“Forumda Avropa İttifaqı və Avropa institutları ilə münasibətlərə dair səsləndirilən fikirlər də diqqət çəkdi. Bir tərəfdən Avropa Komissiyası ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu, digər tərəfdən isə AŞPA-nın Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar və qərəzli yanaşmalar sərt şəkildə tənqid edildi. Azərbaycan Prezidenti vurğuladı ki, ölkəmiz beynəlxalq tərəfdaşlığa açıq olsa da, milli maraqlar və suverenlik məsələsində prinsipial mövqeyini əsla dəyişmək niyyətində deyil.

ABŞ-la münasibətlər, strateji tərəfdaşlığın inkişafı və sülh prosesində Vaşinqtonun rolu və eləcə də 907-ci düzəlişin ləğvi ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər bölgəmizdə yeni geosiyasi reallığın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Forumda aparılan müzakirələr regionda sülhün təşviq və təmin olunmasında Azərbaycanın aparıcı rolunu önə çıxardı.

Azərbaycanın “orta güc” statusuna dair Prezident İlham Əliyevin fikirləri Forum iştirakçılarında xüsusi maraq doğurdu. Prezident vurğuladı ki, çağdaş dünyada dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, beynəlxalq proseslərə təsir imkanları, beynəlxalq münasibətlərdə etibarlılığı ilə ölçülür. Bu baxımdan Azərbaycanın geniş potensialı beynəlxalq birliyə məlumdur. Belə ki, Qoşulmama Hərəkatı, COP29, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin qazandığı nüfuz Azərbaycanın öz siyasəti ilə regional çərçivələri aşan siyasi aktora çevrildiyinin sübutudur”, – deyə deputat diqqətə çatdırıb.

O hesab edir ki, IV Şuşa Qlobal Media Forumu sadəcə media platforması deyil, ölkəmizin xarici siyasət prioritetlərinin, iqtisadi strategiyasının, enerji diplomatiyasının, qlobal və regional təhlükəsizlik problemlərinə baxışının və beynəlxalq münasibətlərə yanaşmasının təqdim olunduğu mühüm siyasi platforma kimi yadda qaldı.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri