Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycanın BMT də çağırışı: İtkin düşənlərin taleyi açıqlanmalı, cinayətkarlar cəzalandırılmalıdır

Azərbaycanın BMT də çağırışı: İtkin düşənlərin taleyi açıqlanmalı, cinayətkarlar cəzalandırılmalıdır

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” mövzusunda keçirilən müzakirələrdə çıxış edib.

Aznews.az xəbər verir ki, səfir bildirib ki, Azərbaycan 2004-cü ildən bəri konsensus əsasında qəbul edilən və son iki qətnaməsi bu görüşü mandatlaşdıran Baş Assambleyanın ikiillik “İtkin düşmüş şəxslər” qətnaməsinin müəllifi və təşəbbüskarı olmaqdan qürur duyur.

Diplomat qeyd edib ki, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı nəticəsində 4 000 azərbaycanlı vətəndaş itkin düşüb və onların taleyi hələ də naməlum olaraq qalır.

“Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir. İtkin düşənlər arasında 774 mülki şəxs var ki, onlardan 116-sı qadın, 315-i yaşlı insan, 75-i isə uşaqdır. Bir çox hallarda onlar ailə üzvləri birlikdə yoxa çıxıb ki, bu da nəsillərin məhvinə gətirib çıxarıb. Onlardan bəziləri hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən həbsdə olarkən ziyarət edildikdən sonra naməlum şəraitdə yoxa çıxıb”, - T.Musayev vurğulayıb.

O, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlar barədə də məlumat verib:

“Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında 23 kütləvi məzarlıq və digər dəfn yerlərində tapılmış 120 nəfərin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib. Bu məzarlıqlar təkcə itkin düşənlərin taleyini aydınlaşdırmır, həm də mülki şəxslərin və digər şəxslərin qəsdən öldürüldüyünü sübut edir”.

Diplomat əlavə edib ki, Azərbaycan itkin düşənlərin axtarışı və identifikasiyası ilə yanaşı, münaqişə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində də qəti addımlar atır.

“Lakin bir çox cinayətkar Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasızlıqdan faydalanmağa davam edir. Onların cinayətlərinin inkar edilməsi və ədalətin qarşısını almaq üçün həyata keçirilən cəhdlər beynəlxalq hüquqa və hüququn aliliyinə açıq hörmətsizlikdir”, - Musayev bildirib.

Səfir vurğulayıb ki, qurbanların və onların ailələrinin hüquqları tələb edir ki, itkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilsin, cəzasızlığa sıfır tolerantlıq prinsipi tətbiq edilsin və bütün itkin düşənlərin taleyi müəyyən olunsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 02 Aprel 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri