Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Azərbaycanın BMT də növbəti uğuru

Azərbaycanın BMT də növbəti uğuru

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi də xüsusi vurğulanmalıdır. Bunun nəticəsidir ki, ölkəmiz ən böyük beynəlxalq təşkilatın strukturlarında fəal təmsil olunur.

Ölkəmiz təşkilatın iki komissiyasına üzv seçilib

Yeri gəlmişkən, bu günlərdə BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır.

CPD əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.

Sözügedən  BMT komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcək. Bu, böyük etimaddır və beynəlxalq birliyin ölkəmizə olan rəğbətini təsdiqləyir.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bu kontekstdə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Daha da dəqiqləşdirsək, həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Həmçinin, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmiz isə müxtəlif beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, onların funksionallığının artmasına davamlı töhfələr verir,  qərarların qəbul və icra olunmasında mühüm rol oynayır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan qısa müstəqillik tarixində BMT Təhlükəsizlik Şurasına (TŞ) 2012-1013-cü illər üzrə qeyri-daimi üzv seçilib, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrllik edib, Türk Dövlətləri Təşkilatında (TDT) öncül ölkələrdən birinə çevrilib, əksər regional təşkilatlarda uğurlu təmsilçiliyə malikdir.

Azərbaycan təşkilatın strukturlarında fəal təmsil olunur

O cümlədən, ölkəmizin BMT strukturlarına üzv seçilməsi də məmnunluq doğurur. Məlumdur ki, Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlığa böyük önəm verib. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Bundan başqa, təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölkəmizin UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Yeri gəlmişkən, bu yaxınlarda UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib və həmin tədbirdə respublikamız  təşkilatın Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.  Azərbaycanın bu komitəyə üzv seçilməsi ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.

Sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb. Azərbaycanın UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilməsini şərtləndirən digər bir mühüm amil də ölkəmizin reallıqları və Azərbaycan dövlətinin mədəni irsin qorunmasına verdiyi böyük önəmlə bağlıdır. Deyə bilərik ki, respublikamızda bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyət həyata keçirilir. Azərbaycan abidələr diyarıdır və bu abidələr müxtəlif sivilizasiyalara aiddir.

Ölkəmiz BMT-də islahatlar aparılmasının tərəfdarıdır

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT səviyyəsində qətnamələr də irəli sürüb. Məsələn, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilib. CHR tərəfindən qəbul edilmiş bu qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədi daşıyır.

Ötən illər ərzində  Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı da xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib.

Bütövlükdə, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, Azərbaycan  BMT-nin beynəlxalq müstəvidə  təhdid və problemlərə qarşı lazımi səviyyədə mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see691

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see287

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see283

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see269

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see267

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see260

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see254

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see253

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see252

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see251

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see245

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see236

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see231

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see228

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see227

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see223

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see219

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see218

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri