Icma.az
close
up
RU
Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama

Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qardaş ölkə Türkiyədə tez-tez baş verən zəlzələ Azərbaycanda məsələni gündəmə gətirib. Belə ki, ictimaiyyət nə zamansa Bakı və bölgələrdə dağıntılara səbəb olacaq zəlzələnin baş verəcəyindən narahatdır.


Azərbaycanda güclü zəlzələ gözlənilirmi?


Pravda.az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev deyib ki, zəlzələlər öz tipinə görə hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlər kimi şəciyyələnirlər.


Seysmoloqun sözlərinə görə, digər bölgələrdəki kimi Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir:


“Çünki yer hərəkətinin intensivliyi, sürəti o bölgələrdəki kimi çox da aktiv deyil. Bu baxımdan da eyni zəlzələnin Bakı və ya Xəzər dənizində, digər bölgələrimizdə baş verməsi gözlənilmir. Amma 2024-25-ci ildə ölkəmizdə hiss olunan zəlzələlər olacaq. Buna səbəb isə qonşu ölkələrdə hiss olunan zəlzələlərin baş verməsidir. Azərbaycan ərazisinin onlardan kənar qalması mümkün deyil”.


Q.Babayev Azərbaycanda konkret seysmik zonaları açıqlayıb:


“Şamaxı-İsmayıllı, Şəki-Oğuz-Zaqatala ocaqlarında zəlzələ güclü hiss oluna bilər. Gəncə, Mingəçevir, Qarabağın özü də seysmik ərazidir. Orada Şuşa seysmik ocağı var. Bu isə Hadrud, Laçın, İstisu və Kəlbəcər tərəfdə özünü büruzə verir. Xəzər dənizi də hər bir tərəfdən seysmik zonadır. Onun bütün ərazisi Bakı və Abşeron yarımadasına təsirli, potensial təhlükədir. Çünki Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir”.


Seysmoloqun dediklərinə görə, cənub zonası da hiss olunan zəlzələdən sığortalanmır:


“Xəzərin cənub hissəsi və qonşu İranda baş verən zəlzələ talış zonasına təsir göstərir. Lakin Lerik və Yardımlının özündə də seysmik ocaqlar var”.


Qulam Babayevin sözlərinə görə, 2025-ci ildə də aktivlik davam edəcək:


“Mümkün deyil ki, Türkiyə, Gürcüstan, İranda zəlzələ baş versin, amma Azərbaycanda hiss olunmasın. Bu, mümkünsüzdür! Qonşu ocaqlar fizikanın qanunu əsasında bizə də təsir göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Noyabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see133

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see127

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see124

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see122

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see120

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see120

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see119

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see118

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see118

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see118

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see118

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see117

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see117

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see117

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see116

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see116

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see115

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see115

Pəhləvinin nəvəsi yəhudiyə ərə getdi

10 İyun 2025 16:54see113

Adını bitki adından götürən kənd: Ardıcın tarixinə dair maraqlı məlumatlar

10 İyun 2025 13:10see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri