Icma.az
close
up
RU
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB

“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Psixoloq əslində falçı kimi bir şeydir”, - bu fikri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Psixologiyanı elm kimi qəbul etməyən hüquqşünas, psixoloqlara da ciddi baxmadığını deyib.

“Psixoloqlar hardasa 150 il olar ki, ortaya çıxıb. Nəyin nəticəsi olaraq yaranıblar? Təbii ki, ateizmin! İnsanların dinə imanı və inamı zəiflədikcə, ateizm yarandı. Yəni buna qədər nə Qərbdə, nə də Şərqdə kimsə özünün ateist olduğunu rahatlıqla etiraf edə bilərdi. Çünki sərt cəzalar var idi. XIX əsrdən etibarən  psixoloqlar da ortaya çıxmağa başladılar. Ona qədər insanlar dində təskinlik, ruhi sakitlik tapırdı. Əvvəllər mollaların, keşişlərin etdiyini indi psixoloqlar edir”.

“Psixologiya boş şeydir”

Mütəxəssis deyir ki, digər sahələr, məsələn tibbin cərrahiyə, kardiologiya, urologiya və s. sahəsi konkret vahid yanaşma tələb edir:

“Amma psixologiya elə deyil, vahid sistem yoxdur. Hərəsi bir söz deyir. Ona görə də psixoloqla falçının fərqi yoxdur. Falçıya da inanıb etibar edəndə gerçək olur. Psixoloqa da inanan dərdini danışır, yüngülləşir. Psixologiya boş şeydir”.

“Günü falçılarda keçən...”

Mövzuya münasibət bildirən tanınmış psixoloq Samirə Bağırova deyir ki, ümumiyyətlə Azərbaycanda müxtəlif sahələrdə, hətta eyni sahədə çalışan insanlar bir-birinə söz atmaq, qara yaxmaq, lağ etmək üzrə mahirdilər.

“Biz bir xalq olaraq bir-birimizi bəyənmirik. Ələlxüsus də hər hansısa sahədə irəliləyiş varsa, yaxud hansısa sahə digər sahələrə görə daha tələbatlıdırsa, mütləq biri çıxıb ağız büzəcək. Falçı ilə psixoloqu eyni tərəziyə qoyan, ancaq elmdən başı çıxmayan, günü falçılarda keçən, cahil düşüncəyə sahib biri ola bilər”.

“Psixoloqa falçı kimi yanaşmaq savadsız fikridir”

S.Bağırova qeyd edib ki, psixologiya ayrılıqda elm kimi XIX əsrin əvvəllərindən inkişaf etməyə başlasa da, əslində fəlsəfənin bir qoludur:

“Psixologiyaya elm kimi yanaşmamaq ola bilər, çünki fəlsəfədir, amma falçı kimi yanaşmaq bu artıq savadsız bir cahil fikridir. Hər bir sahənin savadlısı da, var savadsızı da... Hər psixoloq psixoloq deyil, hər vəkil vəkil deyil və s. Psixoloqa gedilən yol sağlam düşünmək, sağlam qərarlar vermək, daxili neqativ emosiyalarını kontrol etməyi, özünü inkişaf etməyi öyrənmək üçün gedilən yoldur. Psixoloq dua yazmır, gələcəyi demir, nəyəsə söz vermir, məsləhət vermir.

Psixoloq insanın özünə, düşüncəsinə, yanlışlarına, reallığı qəbullanma, davranışlarına  göz açması üçün, insanın özünün sağlam qərarlar verməsi üçün psixoloji seanslar aparır. Falçı isə hər hansısa dualar, cadular, guya cadu təmizləmə, gələcəyi görmək kimi, manipulyativ rituallarla insanları təsirə salır. Biri sağlam düşüncəli insanın seçimidir, digəri cahil insanın seçimidir. Bilmirəm bunu hansı geri düşüncəli “ekspert“ deyib. Məlum məsələdir ki, yolu falçılara çox düşüb və hüzurunu falda tapıb.

Psixologiya fəlsəfənin bir qoludursa, demək ki, çox ciddi bir sahədir. Dindən tutmuş, tarix, fəlsəfə, tibb, antik ədəbiyyat, numerologiya, astrologiya, ezoterika, astronomiya, insan psixologiyası, Kvant fizikası və s. bitib tükənməyən hər şey, tək bir psixologiyada birləşir. Ölkəmizdə hər yerindən durana xahiş olunur “ekspert“ deyib, böyütməyin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyun 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri